”Hər kəsi 13 yanvar saat 12:00-dan etibarən Bulvarda saat qülləsinin yanında dəniz kənarına qərənfillər düzməyə çağırırıq”
“Günəşli” yatağında neftçilərin həlak olması və itkin düşməsilə nəticələnən faciədən 40 gün ötür. Bununla əlaqədar yanvarın 13-də Dənizkənarı Milli Parkda anım mərasimi keçiriləcək.
Bu barədə “NİDA” Vətəndaş Hərəkatının mətbuat xidməti məlumat yayıb.
“Vətəndaşları anım gününə dəvət edirik. Hər kəsi 13 yanvar saat 12:00-dan etibarən Bulvarda saat qülləsinin yanında dəniz kənarına qərənfillər düzməyə çağırırıq”, – deyə NİDA-nın məlumatında deyilir.