NİDA-çıların valideynlərinin durumu ağırlaşıb

Təcili Yardım baş həkimin icazəsi olmadan yardım etmək istəmir

Source:


Təcili Yardım baş həkimin icazəsi olmadan yardım etmək istəmir

Aprelin 20-dən NİDA-çıların valideynləri Müsavat Partiyasının qərargahında aclıq aksiyasına start veriblər. Meydan TV-nin hadisə yerində olan əməkdanının verdiyi məlumata görə, Zaur Qurbanlının anası Səkinə Qurbanova və Şahin Novruzlunun anası Məhbubə Novruzlunun durumu ağırlaşıb. Vəziyyətlə əlaqədar təcili yardımın 103 xidmətinə zəng olunsa da, ordan bildirilib ki, baş həkimin icazəsi olmadan hadisə yerinə gələ bilməyəcəklər.

Bildirildiyinə görə, hələ heç bir partiyanın və ictimai təşkilatın nümayəndələri aksiya iştirakçılarını ziyarət etməyib.

Hazırda aclıq aksiyasında Rəşadət Axundovun anası Mətanət Axundova,  Zaur Qurbanlının anası Səkinə Qurbanova və Şahin Novruzlunun anası Məhbubə Novruzlu iştirak edirlər.

Ana səhifəXəbərlərNİDA-çıların valideynlərinin durumu ağırlaşıb