Dekabrın 16-da Bakı Apellyasiya Məhkəməsində həbsdə olan «NİDA» Vətəndaş Hərəkatı üzvlərinin şikayətinə baxılıb. Məhkəmə zamanı NİDA-çı İlkin Rüstəmzadə çıxış edib. O çıxışı zamanı bildirib ki, içəridə ona qarşı olan münasibət erməni əsirinə edilən münasibətdən pisdi. O deyib:“Nəzərinizə çatdırım ki, məni noyabrın 25-də bir həftəlik karserə salıblar. Daha sonra dekabrın 2-dən etibarən 1aylıq ailəmlə görüşə və telefonla əlaqə saxlamağa icazə vermirlər. Mən onlara görə narahatam, necədirlər bilmirəm. Bunlar sırf İşçi Qrupu ilə bağlı yazı yazmışam deyə baş verir. Əvvəla bildirim ki, mən o yazını heç bir təzyiq altında qalmadan yazmışam. Onu da əlavə edim ki, mən yazıda heç kimi təhqir etməmişəm. əgər etmişəmsə üzr istəyirəm”.
Qeyd edək ki, NİDA-çıların apellyasiya şikayəti təmin olunmadı. Vəkil Elton Quliyev Kassasiya şikayəti verəcəklərini bildirdi.
Vəkil Fariz Namazlı Meydan TV-yə verdiyi müsahibədə bildirdi ki, Şahin Novruzlunun evindən götürülən 90min manat ona qaytarılmadı. Halbuki həmin pul Şahinin atası mərhum İbrahim Novruzlunun müalicəsi üçün borc müxtəlif şəxslərdən borc alınan pullar idi.