NİDA-çıların məhkəməsində heykəl söhbəti

Vəkil heykəlin zərərçəkmiş kimi prosesə qatılması istəyib. Vəkil Fariz Namazov: “Guya müdafiə etdiyim şəxs kiməsə zor tətbiq edib. Heykələ? Əgər heykələ zor tətbiq olunubsa, heykəl məhkəməyə gəlib zərərçəkmiş kimi şikayətçi olduğunu bildirməli və adları açıqlamalıydı.

Source:


Vəkil heykəlin zərərçəkmiş kimi prosesə qatılması istəyib

“NİDA” Vətəndaş Hərəkatının məhkəməsi təxirə salınıb. Meydan TV əməkdaşının prosesdən verdiyi məlumata görə, vəkillər gənclərə bəraət istəyiblər: “Vəkillər Azərbaycan cəmiyyətinin məhkəmədən ədalətli qərar gözləmədiyini xüsusilə vurğuladılar. Amma ədalətli qərar çıxarılsa, ən azından məhkəmənin nüfuzunu özünə qaytara bilərsiniz”.

Vəkil Fariz Namazov bildirib ki, müdafiə etdiyi şəxs xuliqanlıqda təqsirləndirilir.

“Guya kiməsə zor tətbiq edib. Heykələ? Əgər heykələ zor tətbiq olunubsa, heykəl məhkəməyə gəlib zərərçəkmiş kimi şikayətçi olduğunu bildirməli və adları açıqlamalıydı. Heykəlin hadisə ilə bağlı heç bir narazılığı yox idi” – deyə vəkil ironik şəkildə fikrini ifadə edib.

Elton Quliyev MTN-nin çəkdiyi “Molotov kokteyl”lərini xatırladaraq bildirib ki, şüşələrin içində heç nə olmayıb, çünki şəffaf içki şüşələrindən hər şey görünür.

Bildirildiyinə görə, gənclərin səhhətləri ağırdır, hamısı zəifləyib. Gənclərin valideynləri onlardan aksiyanı dayandırmağı xahiş etsələr də, Zaur Qurbanlı etiraz edərək bildirib ki, fikirləri qətidir, tox və ac olsalar da, mübarizələrini aparacaqlar. Məmməd Əzizov ona verilən şüşənin içinə “Molotov kotleti” yazılmış kağız parçasını qoyaraq məhkəmə iştirakçılarına ötürüb.

Proses aprelin 25-də saat 10.30-da davam etdiriləcək.

Ana səhifəXəbərlərNİDA-çıların məhkəməsində heykəl söhbəti