Vəkillərin hamısı məhkəmədə iştirak etmədiyindən proses baş tutmayıb
İyunun 23-də “Nida” Vətəndaş Hərəkatının həbsdəki üzvləri barəsində olan hökmdən verilmiş apellyasiya şikayətinə baxılmalı idi. Lakin vəkillərin hamısı prosesə qatılmadığından məhkəmə təxirə salınıb.
Proses iyunun 27-si, saat 15.00-da Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Qurbanlı 8, İlkin Rüstəmzadə 8, Rəşadət Axundov 8, Rəşad Həsənov 7 il 6 ay, Bəxtiyar Quliyev 7, Məmməd Əzizov 7 il 6 ay, Üzeyir Məmmədli 7 il, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum edilib.