Son sözü Rəşadət Axundov deyib.
Ağır Cinayətlər Məhkəməsində NİDA-çı gənclərin məhkəməsi yenə təxirə salınıb. 6 may tarixində hökm oxunacaq. Meydan TV-nin əməkdaşlarının verdiyi məlumata görə, NİDA-çı gənclərin vəziyyəti normadır, onlar aclıq aksiyasını davam etdirirlər. Rəşadət Axundovun son sözlə bağlı bildirdikləri mətbuata veriləcək.
Meydan TV məhkəmə prosesindən geniş reportajı da bu gün yayınlayacaq.
*******
Polis insanların əl çalmasına qadağa qoydu
Bu gün NİDA üzvlərinin məhkəmədə son söz dey
iləcəyi
gözlənir.
Artıq Ağır Cinayətlər Məhkəməsinin qarşısında məhkəmənin başlamasından bir saat əvvəldən insanlar toplaşmağa başlayıb. Meydan TV-nin əməkdaşları da
məhkəməni və
ətarfda baş verən hadisələri izləməkdə davam edir. Az sonra canlı bağlantıyla orada baş verənlər yayınlanacaq.
Məhkəmə qarşısında olan insanlar öz etirazlarını alqış səsləri ilə ifadə ediblər. Bir müddət davam edən bu hərəkətə mülki geyimli polislər qadağa qoyublar. Bildiriblər ki, əgər kimsə burada əl çalsa, onlar məhkəmə binasının qarşısından uzaqlaşdırılacaq. “Əl çalmağın qaydası var” – deyə polis qadağaya açıqlama verib.
Artıq alqış səsləri kəsilib və insanlar məhkəmədə gedən prosesləri sakit şəkildə izləyirlər.
17 aprel tarixində
dövlət ittihamçısı Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il 6 ay, Bəxtiyar Quliyev, Məmməd Əzizov, Rəşad Həsənova 8 il, Üzeyir Məmmədliyə 7 il 6 ay, Şahin Novruzluya 6 il 6 ay həbs cəzası verilməsini istəyib.
Onlar
2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı «Molotov kokteyli»ndən istifadəyə hazırlaş
araq,
kütləvi iğtişaş təşkili cəhdində günahlandırıb.