NİDA-çılar Cəzaçəkmə Müəssisəsinə köçürüldü

14 saylı cəzaçəkmə müəssisəsindəki dindar vicdan məhbusları isə “tubzon”a köçürülüb

Source:


14 saylı cəzaçəkmə müəssisəsindəki dindar vicdan məhbusları isə “tubzon”a köçürülüb

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvləri Rəşadət Axundov- 10 saylı, Rəşad Həsənov – 6 saylı, Məmməd Əzizov isə 2saylı cəzaçəkmə müəssisələrinə köçürülüblər.

Meydan TV-yə məlumatı hərəkatın üzvü Nicat Məmmədbəyli verib. O, bildirdi ki, Rəşad Həsənovu yanvarın 6-da köçürüblər.

Başqa bir məlumata görə, 14 saylı cəzaçəkmə müəssisəsindəki dindar vicdan məhbusları “tubzon”a köçürülüb. Səbəb müəssisə rəhbərliyinin dekabrın 22-də  işgəncə nəticəsində öldürülən məhkum Elşad Babayevlə bağlı məhbusların etirazında onları təşkilatçı kimi görmələridir.

“Tubzon” vərəm xəstələri üçün nəzərdə tutulmuş müalicə müəssisəsidir.

Ana səhifəXəbərlərNİDA-çılar Cəzaçəkmə Müəssisəsinə köçürüldü