İyunun 27-I Bakı Apellyasiya Məhkəməsində NİDA-çı gənclərin onlara verilən hökümdən şikayətinə baxılıb. Hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində vəkillər bir neçə vəsatət qaldırıb. Onlar NİDA-çı gənclərin barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi və azadlığa buraxılması barədə vəsatətlər veriblər.
Hakim bildirib ki, keçmiş NİDA-çı Bəxtiyar Quliyevin apellyasiya şikayətindən imtina etməsi barədə ərizə yazıb. Bəxtiyar Quliyev digər ərizəsində məhkəmə prosesində iştirak etmək istəmədiyini qeyd edib. Vəkillər və təqsirləndirilən şəxslər B.Quliyevin məhkəmədə iştirak etməli olduğunu bildiriblər. Qeyd ediblər ki, gənclərin ittiham olunduqları cinayətlər bir başa Bəxtiyarın adi ilə bağlıdır. Lakin vəsatətlərin heç biri təmin edilməyib.
NİDA-çılar məhkəmədə bildiriblər ki, artıq bir həftədir ki, onlara abunə olduqları qəzetlərlə təmin etmirlər.
Növbəti məhkəmə iyulun 11-nə saat 15-ə təyin olundu.