NİDA-çı İlkin Rüstəmzadə 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülür

Ülvi Həsənli: “Digər dostlar artıq bu kalonlardadı: Əbdül Əbilov – 13, Ömər Məmmədov – 10, Rəşadət Axundov – 10, Məmməd Əzizov – 2, Rəşad Həsənov – 6”

Source:


Ülvi Həsənli: “Digər dostlar artıq bu kalonlardadı: Əbdül Əbilov – 13, Ömər Məmmədov – 10, Rəşadət Axundov – 10, Məmməd Əzizov – 2, Rəşad Həsənov – 6”

Həbsdə olan NİDA Vətəndaş Hərəkatının üzvlərinin hamısı cəzaçəkmə müəssisələrinə köçürülüb. Bu barədə NİDA-çı Ülvi Həsənli Facebook səhifəsində məlumat paylaşıb.

Ülvi Həsənli bildirib ki, yalnız İlkin Rüstəmzadə qalıb: “Onunla bugün danışdım, dedi ki, yaxın saatlarda onu 13 saylı kalona köçürürlər. Digər dostlar artıq bu kalonlardadı: Əbdül Əbilov – 13, Ömər Məmmədov – 10, Rəşadət Axundov – 10, Məmməd Əzizov – 2, Rəşad Həsənov – 6.

2013-cü il martın 10-da “Əsgər ölümlərinə son” aksiyasından sonra həbs edilən NİDA-çı gənclər zorakılığa çağırışda, narkotik və partlayıcı maddələrin qanunsuz saxlanmasında ittiham olunaraq 6-8 il azadlıqdan məhrum olunublar.

Son əfv fərmanlarında onlardan Şahin Novruzlu, Zaur Qurbanlı və Üzeyir Məmmədli azad ediliblər.

Ana səhifəXəbərlərNİDA-çı İlkin Rüstəmzadə 13 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülür