Netanyahu 11 həftəlik blokadadan sonra Qəzza zolağına ilk dəfə yardıma icazə verib

Benyamin Netanyahu. Foto: Meydan TV

“Bu, dənizdə damladır”

ABŞ-nin təzyiqləri nəticəsində İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağına 11 həftəlik blokadadan sonra ilk dəfə ərzaq və su buraxılmasına icazə verdiyini bildirib. Bu barədə “Reuters” mayın 20-də məlumat yayıb.

Netanyahu bildirib ki, iki milyondan çox insanın yaşadığı mühasirədəki əraziyə cəmi doqquz yük maşını buraxılacaq. ABŞ-də fəaliyyət göstərən Vətəndaş Hüquqları və İslam-Amerika Əlaqələri Şurası (CAIR) bu qərarı “tamamilə qeyri-adekvat, psixotik bir PR oyunu” adlandırıb.

Netanyahu həmçinin qeyd edib ki, İsraili uzun illər dəstəkləmiş amerikalı senatorlar belə, Qəzzada aclıqdan əziyyət çəkən insanların dəhşətli görüntülərindən sonra İsrailə olan dəstəklərini itirmək üzrədirlər.

“Bu bizi elə bir həddə çatdırıb ki, nəzarəti itirmək ərəfəsindəyik,” – deyə o bildirib.

“Qələbəyə nail olmaq üçün bu problemi hansısa yolla həll etməliyik,” – Netanyahu bu sözləri hökumətdəki sərt xətt tərəfdarlarına xitabən söylədiyi mesajda qeyd edib.

BMT-nin humanitar məsələlər üzrə baş rəsmisi Tom Fletçer də verdiyi açıqlamada bildirib ki, İsrail rəsmiləri yalnız 9 BMT yük maşınının Qəzzaya daxil olmasına icazə veriblər:

Bu, təcili şəkildə lazım olanın yanında dənizdə damladır”.

Humanitar təşkilatların daha əvvəl verdiyi məlumata görə, bölgədəki fələstinlilərin minimum ərzaq, tibbi yardım və sığınacaq ehtiyaclarını qarşılamaq üçün gündəlik azı 500-600 yük maşını humanitar yardımın daxil olması lazımdır. İsrailin tam yardım blokadası, bombardmanları və bunun nəticəsində yaranan aclıq, xəstəliklər və ümumi fəlakət fonunda bu rəqəm daha böyük də ola bilər.

Ana səhifəDünyaNetanyahu 11 həftəlik blokadadan sonra Qəzza zolağına ilk dəfə yardıma icazə verib