Nəşriyyatın baş direktoru vəzifəsindən çıxarıldı

Ağabəy Əsgərov 1995-2005-ci illərdə Milli Məclisin üzvü olub

Source: Specify Source


Ağabəy Əsgərov 2005-ci ildən bu vəzifədə çalışırdı

Ağabəy Əsgərov “Azərbaycan” nəşriyyatının baş direktoru vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev sentyabrın 30-da sərəncam

imzalayıb.

Ağabəy Əsgərov 2005-ci ildən nəşriyyatın direktoru vəzifəsində çalışıb.

1956-cı ildə Bakı şəhərində doğulan Ağabəy Əsgərov Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

O, filologiya elmləri namizədidir.

Ağabəy Əsgərov 1995-2005-ci illərdə Milli Məclisin üzvü olub.

A.Əsgərov 1991-2005-ci ildə "Səs" qəzetinin baş redaktoru olub.

O, həmin vəzifədə 1991-ci il yanvarın 11-dən 2005-ci ilin aprelinə kimi çalışıb.

O, 2017-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Hazırda Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvüdür.

Ana səhifəSiyasətNəşriyyatın baş direktoru vəzifəsindən çıxarıldı