Nəşriyyat “Azadlıq”a şərtini açıqladı

Rahim Hacıyev borcun qaytarılması üçün çox ciddi səylər göstərdiklərini deyir

Source:

Rahim Hacıyev borcun qaytarılması üçün çox ciddi səylər göstərdiklərini deyir

“Azadlıq” qəzetinin “Azərbaycan” nəşriyyatına borcu 18 min manatdır. Nəşriyyatın direktor müavini Bəsti İsmayılova “Mediaforum” saytına deyib ki, “Azadlıq” qəzeti nəşriyyata olan borcunu hissə-hissə ödəyə bilər: “Redaksiyaya göndərilən məktubda hər bir məsələni açıq şəkildə qeyd etmişik. “Azadlıq”a dəfələrlə güzəşt etmişik. Yəqin ki, bu dəfə də redaksiya ilə hansısa razılığa gəlinəcək. Əsas odur ki, onlar müəyyən məbləğ ödəsinlər. Borcu hissə-hissə ödəsələr, güzəşt olunacaq”.

Qəzetin redaktoru Rahim Hacıyev Meydan TV-yə bildirib ki, hakimiyyətin son aylarda “Azadlıq”a qarşı təzyiqlərinin nəticəsində vəziyyətləri ağırlaşıb: “Ümumilikdə, “Qasid” firmasının bizə 70 min borcu var. Etiraz aksiyaları da keçirdik, heç bir təsiri yoxdur. Təsəvvür edin ki, səyyar satış, metroda qəzetlərin yayımı qadağan edilib, KİV-ə Dövlət Dəstəyi Fondu qəzetimizlə əməkdaşlığı dayandırıb. Bir sözlə, qəzet bütün basilica gəlir mənbələrindən məhrum olunub. Nəticədə böyük məbləğdə borc yığılıb”.

Rahim Hacıyev borcun qaytarılması üçün çox ciddi səylər göstərdiklərini deyir: “Mayın 22-də saat 14.00-da mətbuat konfransı keçirib, bu məsələləri müzakirə edəcəyik”.

Ana səhifəXəbərlərNəşriyyat “Azadlıq”a şərtini açıqladı