Nərmin Quliyevanın işi: “İnsanları belə əzmək olmaz, cənab prezident, siz hara baxırsınız?”

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, daha sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı iki ildir davam edən məhkəmə prosesi yekunlaşıb. Azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanov Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 18 il azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Məhkəmədən sonra tərəflər arasında qarşıdurma yaranıb.  

İlkin Süleymanovun yaxınları onun günahsız olduğunu iddia edir, azadlığa buraxılmasını tələb edirlər. Onlar iddia edirlər ki, qətldə yüksək rütbəli məmurların əli olduğu üçün məhkəmə işi düzgün araşdırmır.

İlkin Süleymanovun vəkili hökmdən apelyasiya şikayəti verəcəklərini bildirib.

Ana səhifəVideoNərmin Quliyevanın işi: “İnsanları belə əzmək olmaz, cənab prezident, siz hara baxırsınız?”