Nərmin Hüseynli Türkiyəyə müalicəyə aparıldı

Xərçəng xəstəliyindən əziyyət çəkən 17 yaşlı Nərmin Hüseynli müalicə almaq üçün həkimlərin və yaxınlarının müşayiəti ilə Türkiyəyə yola salınıb.

Source:

Hazırda Nərmin Hüseynli İstanbuldaki Atatürk Hava Limanındadır. Onun Türkiyədə müalicəsi üçün Bakıda Heydər Əliyev Hava Limanına qədər ötürəcək ambulansın ödəniş xidmətinə görə ailəsindən 780 manat alınıb.

***

Xərçəng xəstəliyindən əziyyət çəkən 17 yaşlı Nərmin Hüseynli müalicə almaq üçün həkimlərin və yaxınlarının müşayiəti ilə Türkiyəyə yola salınıb.

Bu barədə Meydan TV-yə onun bacısı Mehri Hüseynli məlumat verib. Onun sölərinə görə, Nərminin müalicəsinin növbəti mərhələsi Almaniyada davam edəcək: “Almaniyada müalicə üçün bizi martın 11-də qəbul edəcəklər. Amma Nərminin tez sağalması üçün Türkiyənin “Memorial” xəstəxanasına yollanırıq. Hazırda Nərmin üçün reallaşan aksiyalardan təsminən 50 min manatdan artıq vəsait toplanıb” Son məlumata görə, Nərmin artıq hava limanındadır.

Ana səhifəXəbərlərNərmin Hüseynli Türkiyəyə müalicəyə aparıldı