Nərimanovda yerləşən sığınacaq kafe kimi işləməyə başlayıb

Nərimanovda yerləşən sığınacaq kafe kimi işləməyə başlayıb

Havaların şaxtalı keçməsinə görə vətəndaşların isinməsi üçün Nərimanov metro stansiyasının yaxınlığında salınan sığınacaq bu gün kafe kimi işləməyə başlayıb. Çadırda çay içən Raqif Məhərrəmov deyir ki, buna görə pul ödəyəcək.

Kafenin işçiləri bildirir ki, onlara bu gün saat 1-ə qədər çadırın sığınacaq kimi istifadə olunacağı deyilib.

Sığınacaq bir gün öncə açılmışdı.

Sığınacaqları Bakı şəhər İcra Hakimiyyəti və Regional İnkişaf İBB təşkil edib

BŞİH-ın sözçüsü Mətin Hüseynov bildirib ki, hava şəraitinə görə Nərimanovda olan sığınacaq bağlanıb

O bildirib ki, digər sığınacaqlar öz təşəbbüsləri ilə işə davam edirlər

Ana səhifəVideoNərimanovda yerləşən sığınacaq kafe kimi işləməyə başlayıb