Nərgiz Yaqublu vəfat etdi

Vicdan məhbusu, müsavatçı Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib.

Source:

Vicdan məhbusu, müsavatçı Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib.

Nərgiz Yaqublu hamiləlik dövründə sarılıq xəstəliyi keçirib və Hepatit B virusuna yoluxub. Hamiləliyinin 8-ci ayında vəziyyəti pisləşib və xəstəxanaya yerləşdirilib. Ailə üzvlərinin verdiyi məlumata görə xəstəlik nəticəsində qaraciyər fəaliyyətini dayandırıb və o, vəfat edib.

Xəbəri  Facebook səhifəsində Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər paylaşıb: “Dünya və biz bu gözəlliyi itirdik. Tanrı ruhunu şad eləsin…”

Nərgiz Yaqublu Müsavat partiyasının üzvü olub. Təşkil olunan etiraz aksiyalarında fəal iştirak edib. O, həmçinin “Yeni Müsavat” qəzetinin əməkdaşı olub. 2013-cü ildə Milli Şura sədri Cəmil Həsənlinin Sabirabadda keçirilən təbliğat-təşviqat kampaniyası zamanı təşkil olunan mitinqdə polislərin hücumuna məruz qalıb, xəsarət almışdı. Bu iş üzrə Şirvan Apellyasi Məhkəməsi cinayət işi başlatmaqdan imtina edib.

Ana səhifəXəbərlərNərgiz Yaqublu vəfat etdi