Nəqliyyat Nazirliyinə ayrılma iki dəfə azaldılıb

“Əgər azalma büdcəyə daha ehtiyatlı yanaşma səbəbindən baş veribsə, görəsən hansı planlaşdırılan layihələr ertələnib?”

Source:


“Əgər azalma büdcəyə daha ehtiyatlı yanaşma səbəbindən baş veribsə, görəsən hansı planlaşdırılan layihələr ertələnib?”

“Hökumət büdcə vasitəsilə nəqliyyat layihələrinə yönəltdiyi vəsaitin həcmini təxminən 2 dəfə azaldıb”. Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev sosial şəbəkədə yazıb.

Ekpsert qeyd edib ki, 2014-cü ildə dövlət büdcəsindən bu layihələrə 1,238 milyard ayrılmışdı. Bu il isə nəqliyyat layihələrinə 662 milyon ayrılıb.

Rövşən Ağayev azalmanın səbəbi ilə bağlı öz versiyalarını da səsləndirib: “Planlaşdırılan nəqliyyat layihələrinin icrası başa çatır, ya da neftin qiymətilə bağlı hökumət daha ehtiyatlı büdcə tərtib etməli olub. Əgər azalma büdcəyə daha ehtiyatlı yanaşma səbəbindən baş veribsə, görəsən hansı planlaşdırılan layihələr ertələnib?”.

Ana səhifəXəbərlərNəqliyyat Nazirliyinə ayrılma iki dəfə azaldılıb