Nəqliyyat Nazirliyi Bakı, Sumqayıt və Gəncədə səlahiyyətlərini itirdi

Bundan sonra isə Bakı, Sumqayıt və Gəncədə bu işlə nazirlik məşğul olmayacaq

Source:


Bundan sonra isə Bakı, Sumqayıt və Gəncədə bu işlə nazirlik məşğul olmayacaq

Nazirlər Kabineti (NK) “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”nda dəyişiklik edib.

Fins.az xəbər verir ki, indiyə qədər bu müsabiqəni həm şəhərdaxili (rayondaxili), həm şəhərlərarası (rayonlararası), həm də beynəlxalq marşrutlar üzrə Nəqliyyat Nazirliyi (NN) keçirib. Bundan sonra isə Bakı, Sumqayıt və Gəncədə bu işlə NN məşğul olmayacaq. Belə ki, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanın sifarişçisi paytaxtda NK yanında Bakı Nəqliyyat Agentliyi, Sumqayıtda Şəhər İcra Hakimiyyətinin başçısı yanında Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi, Gəncədə isə Şəhər İcra Hakimiyyəti yanında Gəncə Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsi olacaq.

Ana səhifəXəbərlərNəqliyyat Nazirliyi Bakı, Sumqayıt və Gəncədə səlahiyyətlərini itirdi