Nənələr və İŞİD

Rusiyada qadağan edilmiş terrorist İslam dövlətindən müharibə zamanı doğulan rusiyalı uşaqlar qalır. Belə uşaqların axtarışında ən effektiv mütəxəssislər – nənələridir. Hamısını xilas etməyə Rusiyanın əli çatmır, nənələr isə fəaliyyətlərinə görə cinayət məsuliyyəti ilə üzləşə bilərlər.

Source:
Məhəmməd və Abdurahman, şəkil Raisat Omarova və Zuxra Qaziaxmayevanın icazəsi ilə dərc olunub
Məhəmməd və Abdurahman, şəkil Raisat Omarova və Zuxra Qaziaxmayevanın icazəsi ilə dərc olunub


“Novaya Qazeta”

nın materialı əsasında


Rusiyada qadağan edilmiş terrorist İslam dövlətindən müharibə zamanı doğulan rusiyalı uşaqlar qalır. Belə uşaqların axtarışında ən effektiv mütəxəssislər – nənələridir. Hamısını xilas etməyə Rusiyanın əli çatmır, nənələr isə fəaliyyətlərinə görə cinayət məsuliyyəti ilə üzləşə bilərlər.

Raisat Ömərova və Zöhrə Qaziaxmayeva daha əvvəl heç dost deyildilər, yalnız eyni şəhərdə yaşayırdılar.

2014-cü ildə Zöhrənin başına iş gəlib: oğlu Şamil İŞİD-ə qoşulub. Şamil digərləri ilə müqayisədə qatı dindar deyildi, təhsilli idi, işləyirdi və ümumiyyətlə, çox uğurları vardı – amma haradansa bu “infeksiya”ya yoluxub. Həyat yoldaşı Mədinəni və yeni doğulmuş oğlu Məhəmmədi də özü ilə aparıb.

“Əvvəlcə kollecə, Misirə getdi, sonra Mosulda peyda oldu. Oğlum neft qurğularını qoruyan bir şirkətə işə düzəldi” – Zöhrə Qaziaxmayeva danışır, – “2014-ci ilin noyabrında isə o öldürüldü. Amerika raket yataqlarını vurub. Burada belə bir məsələ olub, mənə sonradan dedilər. Ondan heç bir şey qalmadı, basdırmağa heç nə yoxdur”.

Mədinə yenidən və çox tez ərə gedib. Terrorist dövlətin ərazisində qadın təkbaşına mövcud ola bilməz – bir kişinin müşayiəti olmadan küçəyə çıxmaq hüququ yoxdur.

Ölən İŞİD-çilərin həyat yoldaşlarını döyüşçülərin gəlib istəklərinə uyğun qadın bədəni seçdikləri “dul evləri” adlandırılan məkanlara yerləşdirirlər. Oradan çıxmaq – böyük xoşbəxtlikdir: yeni ər necə olursa olsun, “dul evində” yaşanılan həyatdan daha pis olmayacaq. Mədinə “dul evinə” getmək istəməyib və həmyerlisi Rəşidlə evlənib. O, ondan ikinci oğlunu doğub, uşağa Abdurəhman adını veriblər.

Tezliklə Rəşid də ölüb.

Mədina böyüyü iki yaşlı, balacası bir aylıq iki uşaqla tək qalıb.

Döyüşlər davam etdi, İŞİD itkilər verdi, Mədinə digər döyüşçülərin həyat yoldaşlarıyla birlikdə qaçdı. Yaxınları arasında minlərlə kilometr uzaqda, Dağıstanda yaşlı iki insan qaldı. İki ərinin anası, iki nəvənin nənəsi.

Nəvələri və anaları üçün heç də az ürəkləri ağrımayan Zöhrə və Raisatın münasibətləri yaranıb. Onlar müharibə gedən ərazinin xəritəsini ən az hərbi ekspertlər qədər əzbərləyiblər; bütün döyüşlərin nəticələrini bilirlər, tanışlar və tanışların tanışları vasitəsilə Suriyada olan Mədinə və nəvələrini axtarırdılar, onun və nəvələrinin taleyi barədə məlumat toplayırdılar.

Nənələr “Skype” və messencerləri mənimsədilər, fotoşəkillərlə geolokasiyanın necə müəyyənləşdirildiyini başa düşdülər və gördülər ki, onlardan başqa heç kim uşaqları oradan çıxarmayacaq.

Raisat Omarova ikinci ərinin ölümündən sonra gəlininin ona zəng etdiyini xatırlayır: “Dedi ki, baba [avarca “ana”], bilmirəm, bundan sonra mənimlə ünsiyyət quracaqsan, ya yox, amma bilmirəm, evlənim, ya nə edim”. Mən özüm ona dedim: “O dövlətdə necədirsə, elə et, evlən – əgər orada qəbul olunan budursa. Mənim üçün həmişə nəvəmin anası olaraq qalacaqsan”.

Üçüncü dəfə Mədinə bir ərəblə evlənib. Bu ilin yazında, Şərqi Qutadan humanitar dəhlizlə çıxmağa çalışdığı zaman o, həlak olub.

O vaxtdan bəri nənələr, Zöhrə və Raisat oğlanları xilas etmək üçün səy göstərməyə başlayıblar. O körpələr özlərini itirmiş valideynləri tərəfindən dünyaya gətirilməkdən başqa heç nədə günahkar deyillər.

Mədinənin son əri, eyni zamanda rusca danışan ərəb, oğlanları saxlayır. O, nənələrlə əlaqə yaradaraq onlardan uşaqların azadlığı müqaibilində pul tələb edib.

Yazda uşaqlardan biri bağırsaq infeksiyasına yoluxub. Sentimetallıq kimi görünməsin, o ölür.

“Abdurəhman 14 kiloqram arıqlayıb, – deyir Raisat, – həkim gəlirdi. Əşi, orada nə həkim olacaq ki?”

Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, indiyə qədər münaqişə zonasından 24 qadın və 74 uşaq qaytarılıb. Siyahıda qaytarılması gözlənilən 1521 ad var. Rusiyalı ilk uşağı ötən yay qaytarmaq mümkün olub. Eyni zamanda, terrorist dövlətdən dönməyə nail olan qadınlar Rusiyada “terrorist” maddələrinin fiqurantları olur – hərbi əməliyyatlarda iştirak etmədikdə və könüllü olaraq təslim olanda belə.

Yaxınlarının qaytarılması ilə məşğul olan qohumların da Rusiya ərazisində həbs olunduqları hallar da var.

Zöhra ilə Raisatın heç bir müttəfiqi yoxdur: artıq heç kim balaca rusiyalılara öz istəkləriylə düşmədikləri çətinliklərdən çıxmağa kömək edə bilmir. Rusiya rəsmi olaraq İŞİD-dən azad edilən ərazilərdən qadınları və uşaqları qaytarır – ancaq bu proses də yavaş gedir. Hələ də döyüşçülərdə olan iki uşaq haqqında nə demək olar? Hələ ki, heç kimin onlara əli çatmır.

Ana səhifəXəbərlərNənələr və İŞİD