Nemət Pənahlının həbs müddəti bitib

”Mitinqə mane oldular”

Nemət Pənahlı (arxiv foto)
Nemət Pənahlı (arxiv foto)
Nemət Pənahlı (arxiv foto)


”Mitinqə mane oldular”

Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı noyabrın 11-də günün ikinci yarısı azad olunub.

Bu barədə Nemət Pənahlı Meydan TV-yə özü danışıb.

Partiya sədri oktyabrın 13-də 30 sutka azadlıqdan məhrum edilməsini siyasi fəaliyyəti ilə əlaqələndirib:

“Noyabrın 17-nə 1988-ci ildə başlanan Milli Dirçəliş Gününün 30 illiyi ilə bağlı aksiya təyin etmişdik. Ona görə məni cəzalandırdılar. İndi 17 noyabra 3 gün qalıb, bu 3 gündə aksiyanı təşkil etmək qeyri-mümkündür. Məqsəd mitinqin qarşısını almaq idi, ona da nail oldular”.

Nemət Pənahlı 30 sutka azadlıqdan məhrum edilməsi ilə bağlı Avropa Məhkəməsinə şikayət edəcəyini bildirib.

Oktyabrın 13-də

Nemət Pənahlı

polisə müqavimət ittihamı ilə həbs edilib.

Nemət Pənahlı 1988-ci ildə Bakının Azadlıq meydanında keçirilən nümayişlərin aparıcısı olub.

O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Pənahlı itthamların siyasi sifariş olduğunu bildirib.

O, 2016-cı il martın 17-də prezidentin əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılıb.

Ana səhifəXəbərlərNemət Pənahlının həbs müddəti bitib