Neftin qiymətinin 55-60 dollar civarında stabilləşməsi hamıya xeyirdir

Brentə uyğun markaların real satış qiyməti indi 55-57 dollar arasıdır

Source:


Brentə uyğun markaların real satış qiyməti indi 55-57 dollar arasıdır

Fevralın 13-də dünya bazarında neftin qiymətində bir neçə saat ərzindən artma və azalma müşahidə olunub. Günün birinci yarısında Brent markalı neftin qiyməti 60,26 dollar olsa da, sonradan qiymət 59,82 dollara enib.

Mövcud situasiyanı öz Facebook səhifəsində şərh edən iqtisadçı Natiq Cəfərli fundamental dəyişikliklərin olmadığı qənaətindədir.

O, yazıb ki, bazarda baş verənlər, əsasən, spekulyativ hərəkətlərdir, indi WTI 51,88 dollara satılır, Brent isə 60,11 dollara, bu, normal deyil, spred, yəni, qiymət fərqi 15 faizdən artıqdır, bu da bazarın anormal olduğunu göstərir. Əslində, Brent markalı neftin qiyməti artıq formal hal alıb: Brentə uyğun bazara neft çıxardan bütün markalar discount elan ediblər, yəni, birja qiymətindən 3-5 dollar ucuz neft satırlar. Ona görə də Brentə uyğun markaların real satış qiyməti indi 55-57 dollar arasıdır.

Natiq Cəfərli hesab edir ki, bazar tək ABŞ-dan gələn siqnallara reaksiya verir, artıq 3 həftədir ki, həftənin əvvəli neft ucuzlaşmağa başlayır, hər 3-ci gün, ABŞ-da həftəlik ehtiyatlar haqqında statistika çıxanda neft kəskin ucuzlaşır, sonra 4-ci və 5-ci gün yavaş-yavaş qalxır. İndi də elə olacaq, gələn həftə ABŞ-da ehtiyatlar yenə gözləntilərdən artıq artsa, qiymət kəskin düşəcək, sonra yenə yavaş-yavaş qalxacaq. Əslində, qiymətin 55-60 dollar civarında stabilləşməsi hamıya xeyirdir, yəqin ki, elə də olacaq.

Ana səhifəXəbərlərNeftin qiymətinin 55-60 dollar civarında stabilləşməsi hamıya xeyirdir