Neftin qiymətinin 44 dollara enməsinin səbəbi

İlham Şaban: Amerikada neft ehtiyatlarının artması neft bazarlarına öldürücü zərbə vurdu

Source:


İlham Şaban: Amerikada neft ehtiyatlarının artması neft bazarlarına öldürücü zərbə vurdu

ABŞ-da neftbazalarda ehtiyatların yeddinci həftədə də artması neft qiymətlərinin kəskin düşməsinə səbəb olur. Neft qiymətləri 2 aydan çox uzun bir müddətin ən aşağı səviyyəsinə enib.

ABŞ-ın Enerji İnformasiya İdarəsinə görə, bazalarda neft ehtiyatları (rezervləri) ötən həftə 4.22 milyon barel artıb. Analitiklər 1.3 milyon barel artım gözləyirdi.

Məlumatın açıqlanmasından sonra, Qərbi Texas tipli neftin barrelinin qiyməti 2.5 faiz ucuzlaşaraq 41.88 dollara enib. Müddətli müqavilə 41.63 dollara enərək 27 Austostan bu yana ən aşağı səviyyə gördü.

Brent tipli neft isə 3.8 faiz düşüb və 44 dollara enib.

Neft qiymətləri ötən ilin iyul ayından bəri OPEC-in istehsala davam etməsi və təklif çoxluğunun davam edəcəyi gözləntisilə 60 faiz ucuzlaşıb.

Bu ilin 24 Avqust tarixində ABŞ xam nefti 38,24 dollara, Brent nefti isə 41,54 dollara düşmüşdü (marja.az).

Mövcud qiymət enməsinin səbəblərini Meydan TV-yə şərh edən neft üzrə mütəxəssis İlham Şaban bildirib ki, 2 gün əvvəl ABŞ Enerji Agentliyi neft ehtiyatlarının növbəti hesabatını açıqladı. Bununla yeni rekord müəyyən olundu, Amerikada neft ehtiyatları artdı və bu artım neft bazarlarına öldürücü zərbə vurdu. Baxmayaraq ki, analitiklər hələ ötən həftədən neft ehtiyatlarının artmasını proqnozlaşdırırdılar. Buna görə də 4 gün ardı-ardıya neftin qiyməti düşdü. ABŞ Enerji Agentliyi açıqlama verəndən sonra neftin qiymətində 3,4 faiz azalma baş verdi.

İlham Şaban hesab edir ki, ABŞ-ın dünya bazarına təsiri OPEC-dən güclü olduğundan qiymət enməsi baş verir. Digər amil isə istehlakla bağlıdır, Çin kimi metalurgiya sənayesi olan qlobal ölkələrdə misə, aluminuma, polada, dəmirə təlabat azalıb. Əgər tələbat və ona sərf edilən enerji azalırsa, idxal da azalır. Bax, bu amillər neftin qiymətinin enməsinə təsir edir. Ona görə də Amerika Rusiyaya qarşı neftin qiymətini endirməklə təzyiq etməsi barədə deyilənlər şişirtmədir.

Neftin qiymətinin enməsinin Azərbaycan iqtisadiyyatına təsirinə gəlincə, mütəxəssis büdcə kəsirinin yaranacağını düşünür: “Dekabrda İran nefti bazara çıxacaq və OPEC-ə yeni üzvün qəbulu gündəlikdə var, bu İndoneziyadır. Bu kimi amillər bazara neqativ təsirlər göstərcək. Dünya Bankı hələ oktyabrın sonunda neftin qiymətinin 53 dollardan yuxarı olmayacağını bildirmişdi. Hələ 53 dollar saxlanılsa, böyük şeydir. Təbii ki, bu qiymətlər civarında büdcəmizə mənfi amillər güclənəcək və gəlirlərimiz azalacaq. Biz ilin sonunda büdcədə protsitin çox olmasına adət etmişdik, hətta 1 milyarda yaxın vəsait qalanda onu növbəti ilə keçirirdik. Hökumət də xarici borclanmaya getmədən protsitin hesabına büdcə kəsirini doldururdu. Amma bu ilin ikinci yarısı başlamadan hökumət özünü qoruma əməliyyatlara baş vuraraq “kəməri bərkitdi”. Cari il üçün 21 milyard manat təsdiq edilsə də, 4 milyard ixtisar etdilər”.

Ana səhifəXəbərlərNeftin qiymətinin 44 dollara enməsinin səbəbi