Neftin qiyməti son beş ildə ən aşağı həddə endi

Ekspertlər neft qiymətlərinin bundan sonra da enməsinin bazarlar üçün yaxşı heç nə vəd etmədiyini bildirirlər

Source:


Ekspertlər neft qiymətlərinin bundan sonra da enməsinin bazarlar üçün yaxşı heç nə vəd etmədiyini bildirirlər

Beynəlxalq Enerji Agentliyi (BEA) gələn il üçün neftə tələbatın azalacağını və istehsalın artacağını göstərən proqnoz verdikdən dərhal sonra “qara qızıl”ın bir barrelinin qiyməti 61, 35 dollara düşüb.

Bu 2009-cu ildən bəri neftin ən aşağı qiymətidir.

ABŞ-da xam neftin qiyməti bir barrelə 58 dollardan azdır.

Parisdə mənzillənmiş BEA bildirib ki, gələn il neft bazarında bu məhsulun həcmləri qeyri-OPEC ölkələrindəki hasilatın artması hesabına çoxalacaq və qiymət düşməkdə davam edəcək.

Ekspertlər neft qiymətlərinin bundan sonra da enməsinin bazarlar üçün yaxşı heç nə vəd etmədiyini bildirirlər.

Amerika və Avropa neft bazarları öz dəyərlərinin 46 faizini itiriblər.

Mütəxəssislər neft qiymətlərinin davamlı enişini ABŞ-da şist nefti istehsalının artımı ilə izah edirlər. (azadliq.org)

Ana səhifəXəbərlərNeftin qiyməti son beş ildə ən aşağı həddə endi