Neftin qiyməti infrastruktur layihələri dayandırır

İlham Şaban: “Hökumət çox ləng işləyir, gərək, neftin qiymətinin 110-120 dollar olduğu zaman layihələri bitirəydi”

Source:

İlham Şaban: “Hökumət çox ləng işləyir, gərək, neftin qiymətinin 110-120 dollar olduğu zaman layihələri bitirəydi”

Günün mövzusu həm də neftin qiymətinin kəskin enməsidir. “APA-Economics”in məlumatına görə, London birjasında keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 2,02 dollar və ya 4,60 faiz azalaraq 41,87 dollar təşkil edib.

Bu vəziyyəti Meydan TV-yə şərh edən neft sahəsi üzrə mütəxəssis İlham Şaban bildirib ki, cari il üçün Azərbaycan büdcəsində neftin qiyməti 90 dollardan götürülüb. İlin birinci yarısında Maliyyə Nazirliyinin açıqlamasına görə Azərbaycan neftinin orta qiyməti  59,4 dollar olub. Üçüncü rübün yekunlarında qiymət 11 dollar aşağı düşüb. Dördüncü rübdə isə qiymətlər kəskin aşağı düşüb, faktiki olaraq, oktyabrın 23-dən neftin qiyməti 50 dollar həndəvərində olub. Qalan vaxtlar qiymət 45-47 dollar arasında dəyişib. Noyabrın 15-dən sonra neftin qiyməti 45 dollar həndəvərində olub.

Onun fikrincə, əgər neftin qiyməti dekabr ayında 50 dollar olmasaydı, o zaman neftin orta ixrac qiymətinin illik göstəricisi 50 dollardan aşağı həddə çatacaqdı: “Ancaq indi-dekabr ayında neftin qiyməti həddən artıq aşağı düşür. Dekabrın birinci həftəsi neftin orta qiyməti 44 dollar civarında oldu, ikinci həftənin birinci günündə London birjası 41,78 dollarla bağlanıb. İlin sonuna qədər vəziyyətin necə olacağı bəlli olmasa da, hazırda 2008-ci ilin dekabrını yaşayırıq. O zaman da neftin qiyməti kəskin ucuzlaşmışdı. Hazırkı durumu götürdükdə illik qiymət 48 dollar civarında olur. 2014-cü ildə Azərbaycan neftinin ixrac qiyməti 101 dollar idisə, bu gün orta qiymət 48 dollar civarındadır, fərq çox azalır. Dördüncü rübdə Azərbaycana gələn neft gəlirləri proqnozdan çox aşağı olacaq. 2015-ci ildə Dövlət Neft Fonduna 16,2 milyard dollar daxil olubsa, güman ki, cari ildə bu rəqəm 7,5 milyard olacaq. Gələn ilin proqnozlarında orta ixrac qiyməti 50 dollardan və fonda daxilolmalar 6,5 milyard dollar civarında götürülür. Düzdür, 2016-cı il üçün bir sıra banklar, fondlar, şirkətlər, agentliklər neftin qiymətinin 50 dollardan çox olmasını proqnozlaşdırırlar”.

İ

lham Şaban bildirib ki, neftin qiymətinin enməsi nəticəsində gəlirin azalması iqtisadiyyatın bütün sahələrində özünü göstərir: “Gözlə görünın fakt odur ki, Avtovağzal və və Memar Əcəmi-2 metro stansiyasının tikintisi dayandırılıb. Artıq 5-ci ildir ki, bu layihələrin tikintisi yubadılır və hətta gələn ilin ortasına qədər təxirə salındığı bildirilib. Bu layihə yalnız Bakıyla yekunlaşmır, həm də Xırdalan və Sumqayıt əhalisinə dəstək verən sosial layihədir. Təsəvvür edin ki, 2013-cü ilin sonunda başa çatmalı olan bu layihələr nədənsə 2016-cı ilin ortasına qədər təxirə salınıb. Hamıya gecikmənin pulun çatışmazlığından baş verdiyi aydındır. Yaxud 2011-ci ildən başlanan Ağsu-Mingəçevir istiqamətində olan infrastruktur layihəsi, bu gün tamamilə unudulub. Hökumət çox ləng işləyir, gərək, neftin qiymətinin 110-120 dollar olduğu zaman infrastruktur layihələrini bitirəydi”.

Ana səhifəXəbərlərNeftin qiyməti infrastruktur layihələri dayandırır