Neftin qiyməti 36 dollara yaxınlaşıb

Fevralın əvvəlindən etibarən yüksəlişə başlayacaq neft qiymətlərinin əvvəl 38 dollar/barel, daha sonra isə 45-50 dollar/barelə qədər artacağı gözlənilir

Source:


Fevralın əvvəlindən etibarən yüksəlişə başlayacaq neft qiymətlərinin əvvəl 38 dollar/barel, daha sonra isə 45-50 dollar/barelə qədər artacağı gözlənilir

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,32 dollar, yaxud 7,18 faiz bahalaşaraq 34,62 dollar/barel təşkil edib.

“Report”un məlumatına görə, “Brent” markalı neft isə 2,59 dollar və ya 7,82 faiz bahalaşaraq 35,69 dollar/barelə bərabər olub.

“Report”un analitik qrupunun apardığı araşdırma belə bir proqnozla çıxış etməyə əsas verir ki, dünya bazarında neft qiymətləri artıq gələn aydan etibarən yüksəlməyə başlayacaq. Bundan öncə isə qiymətlərin bir daha 30 dollar/bareldən aşağı düşməsi ehtimalı var. Fevralın əvvəlindən etibarən yüksəlişə başlayacaq neft qiymətlərinin əvvəl 38 dollar/barel, daha sonra isə 45-50 dollar/barelə qədər artacağı gözlənilir.

Ana səhifəXəbərlərNeftin qiyməti 36 dollara yaxınlaşıb