Neftin düşən qiyməti və ona söykənən büdcə…

Rövşən Ağayev: “Neftin ehtimal olunan ən aşağı qiyməti şəraitində belə hökumət 6.3 milyard manatı maliyyələşdirməlidir”

Source:


Rövşən Ağayev: “Neftin ehtimal olunan ən aşağı qiyməti şəraitində belə hökumət 6.3 milyard manatı maliyyələşdirməlidir”

“”Büdcə sistemi haqqında” Qanunun 7-ci maddəsinə görə, əmək haqqı, pensiya, sosial müavinətlər və ödəniş, dövlətin daxili və xarici borclarına xidmətlə bağlı xərclər müdafiə olunan xərclərdi. Yəni bu xərclərə büdcə ili ərzində ixtisar tətbiq oluna bilməz”.

Bu sözləri iqtisadçı Rövşən Ağayev öz facebook səhifəsində yazıb.

Büdcə xərclərini şərh edən iqtisadçının sözlərinə görə, 2015-ci ildə bu xərclərin ümumi məbləği təxminən 6.3 milyard manatdı, öz növbəsində əmək haqqı xərcləri 3.4 milyard manat, sosial müdafiə xərcləri 1.8 milyard manat, dövlət börclarının ödənilməsi ilə bağlı xərclər 1 milyard manat.

“Deməli, neftin ehtimal olunan ən aşağı qiyməti şəraitində belə hökumət 21.1 milyardlıq büdcə xərcinin 6.3 milyard manatını (30 faizi) mütləq maliyyələşdirməlidi. Neftin qiymətinin hazırkı 50-55 dollar intervalında rəqs edəcəyi tədqirdə hökumətin yerdə qalan və müdafiə olunmayan 14.8 milyardlıq büdcənin ixtisarına gedib-getməyəcəyi nə dərəcədə realdı?” – deyir Rövşən Ağayev.

Onun fikrincə, burda iki ssenari var: “Birincisi, 2015-c il ərzində neftin qiyməti hazırkı səviyyədə qalır və hökumət dövlət büdcəsi ilə bağlı xərclərini də olduğu kimi saxlayır. Bu halda Neft Fondunun büdcəsi proqnozlaşdırılan 10.2 milyard manat gəlirə qarşı ən yaxşı halda 6 milyard manat gəlirə malik olur, hökumət isə büdcəyə Fonddan köçürülməli olan 10.3 milyard manatı tam ödəmək üçün Fondun əvvəlki illərdə formalaşan ehtiyatlarından da əlavə olaraq 4 milyard manat dövlət büdcəsinə cəlb edir. İkincisi, il ərzində neftin qiyməti indiki həddə qalır və hökumət müdafiə olunmayan 14.8 milyardlıq hissə hesabına xərclərdə ixtisar aparır, uyğun məbləğdə Neft Fondun transfertlərinin həcmi də azaldılır və Fondun ehtiyatlarına əl atmağa ehtiyac qalmır”.

İqtisadçı deyir ki, kritik vəziyyətlərdə ixtisar üçün hökumətin manevr imkanları var. Bu da onunla bağlıdır ki, dövlət büdcəsinin çox kiçik hissəsi – cəmi 25 faizi  “toxunulmaz fond” adlandırılan əmək və sosial müdafiə xərclərinin payına düşür: “İndi aydın görünür ki, son 10 ildə hökumət büdcəni 8 dəfə artıranda daha çox toxuna biləcəyi xərclərə daha çox pay ayırıb ki, geri çəkilməyə meydançası olsun.

Tez-tez eşitiyim suallardan biri bu idi: bu qədər neft pulları axdığı halda niyə hökumət müəllim və həkimlərə normal maaş, təqaüdçülərə normal pensiya vermir? İndi 1 anlıq təsəvvür edin ki, inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanın dövlət büdcəsinin də ən azı 50 faizi maaş və sosial müdafiə xərcləri olaydı. Onda geriyə çəkilib ayaq qoymağa “quru ərazi” qalmayacaqdı. Amma onu da deyim ki, 2015-ci ilin dövlət büdcəsində müdafiə olunmayan xərclərin – ilk növbədə 8.6 milyard manat məbləğində əsas vəaitlərin alınması və tikinti, 3.2 milyard manat həcmində büdcə təşkilatlarının ehtiyacları ilə bağlı xərclərin ixtisarının da hakimiyyət üçün tamam başqa fəsadları ola bilər. Bir daha vurğulayıram, bu 2 ssenari yalnız neftin qiymətinin 50-50 dollar qalacağı şəraitdə mümkün görünür”.

Ana səhifəXəbərlərNeftin düşən qiyməti və ona söykənən büdcə…