Neftin daha 12 faiz ucuzlaşması gözlənilir

”Brent”in növbəti dəstək səviyyəsi 36-37,5 dollar diapazonunda olacaq

Source:


”Brent”in növbəti dəstək səviyyəsi 36-37,5 dollar diapazonunda olacaq

Dünya bazarında “Brent” markalı xam neftin qiymətinin 36-37,5 dollar/barel diapazonuna qədər azalması ehtimal edilir.

“Report” yazır ki, “Brent” markalı neftin barelinin qiyməti hazırda texniki dəstək səviyyəsi olan 42 dollara yaxındır. Bu qiymət investorlar üçün cəlbedici olmasa, “Brent”in növbəti dəstək səviyyəsi 36-37,5 dollar diapazonunda olacaq.

Neft bazarında hazırda mövcud olan amillər qiymətlərin daha da aşağı düşəcəyini göstərir. Belə ki, ABŞ-da aktiv neftqazma quyularının sayının 5 həftə ərzində ardıcıl artması, Səudiyyə Ərəbistanının Asiya bazarlarında endirimli neft satmağa başlaması, İran, Liviya, İraqın neft hasilatı və ixracını artırması neftin qiymətinə mənfi təzyiq göstərir.

İnvestorların bu gün ABŞ-da Energetika Nazirliyinin açıqlayacağı neft və neft məhsulları ehtiyatlarının həftəlik dəyişiklik göstəricilərini gördükdən sonra qiymətlərin istiqamətini müəyyən edəcəkləri gözlənilir.

Avqustun 2-də Amerika Neft İnstitutu həftəlik neft ehtiyatlarında baş verən dəyişiklikləri açıqlayıb. Hesabata görə, ABŞ-da neft ehtiyatları iyulun 22-29-da investorların proqnozlarına uyğun olaraq 1,34 mln. barel azalıb.

Hollandiyanın “ABN Amro” bankının energetika məsələləri üzrə baş iqtisadçısı Hans van Klif “Reuters” agentliyinə verdiyi açıqlamasında bildirib ki, neft bazarı təklif bolluğu ilə qarşılaşdığı üçün yaxın zamanlarda “ayı trendinin” (azalma) dəyişməsi imkanları çətin görünür.

Ana səhifəXəbərlərNeftin daha 12 faiz ucuzlaşması gözlənilir