Neftçilərin cəsədləri Qazaxıstan sərhədinə yaxın ərazidə tapılıb

Xalik Məmmədov qeyd edib ki, sərt hava şəraiti, sərt dəniz havası xilasetmə tədbirlərini gecikdirib, axtarışı bir az da uzadıb

Source:


Xalik Məmmədov qeyd edib ki, sərt hava şəraiti, sərt dəniz havası xilasetmə tədbirlərini gecikdirib, axtarışı bir az da uzadıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən neftçilərin cəsədləri Xəzərin Qazaxıstan sərhədinə yaxın ərazisində tapılıb.

“Report” xəbər verir ki, bunu SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib.

Həlak olanların yaxınlarına başsağlığı, itkin düşənlərin ailələrinə səbr diləyən X.Məmmədov qeyd edib ki, sərt hava şəraiti, sərt dəniz havası xilasetmə tədbirlərini gecikdirib, axtarışı bir az da uzadıb.

Söhbət dekabrın 7-də tapılan 6 meyitdən gedir. Cəsədlər qəza baş vermiş özüldən 65-70 km. aralıda aşkar edilib.

Dekabrın 4-də güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib.

Ana səhifəXəbərlərNeftçilərin cəsədləri Qazaxıstan sərhədinə yaxın ərazidə tapılıb