Neftçilərin binasının uçmaq təhlükəsi var (VİDEO)

Zığda yerləşən bu 43 nömrəli binanın sakinləri səksəkə işində yaşayırlar. Bina qəzalı ərazidə yerləşir.

Sakinlərin dediyinə görə, binanın uçmağı an məsələsidir. Bina əvvəllər SOCAR-in balansında olub. Burada yaşayanların da çoxu neftçi ailələridir. Bina sakini Musa Canqayevin sözlərinə görə, dövlət qurumları onların şikayətinə laqeyd yanaşır.


Çatlar bu binanın nişanəsi olub sanki, burada bütün evlərdə çatlara rast gəlmək olur.

Binanın zirzəmisi uzun müddətdir su ilə doludur. Musa Canqayev deyir ki, indiyə kimi heç bir qurumun nümayəndəsi bu zirzəmiyə baxmağı özünə sığışdırmayıb.


Şikayətlə bağlı SOCAR-ın mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, 2014-cü ildən bu binalar Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilib.

Suraxanı Rayon İcra Hakimiyyətinin sözcüsü isə deyir ki, sakinlərin müraciəti Nazirlər Kabinetinə göndərilib.


Getməyə başqa ünvanları olmadığı üçün təhlükəli şəraitdə yaşayanlar indi Nazirlər Kabinetinin gecikməmiş qərarını gözləməlidirlər.

Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.

Whatsapp nömrəmiz: +49 176 16263646

Ana səhifəVideoNeftçilərin binasının uçmaq təhlükəsi var (VİDEO)