Neftçilərə hökm oxundu

Loyk Le Floş-Prijan məhkəmə zalına həbsxanadan deyil, xəstəxanadan gətirilib

Source:


Loyk Le Floş-Prijan məhkəmə zalına həbsxanadan deyil, xəstəxanadan gətirilib


13 noyabr 2003-cü ildə Rusiyanın

“Kommersant” qəzetində

Alena Miklaşevskayanın “Neftçilərə hökm oxundu” başlıqlı məqaləsi dərc olunub. Məqalədə neft şirkətinin korrupsiya əməlləri ilə bağlı keçirilən qalmaqallı məhkəmə prosesindən söz açılır. Tarixi faktlar baxımından önəmli olduğundan Meydan TV həmin məqalənin tərcüməsini dərc edir.

Fransada son illərin ən səs-küylü məhkəmə proseslərindən bir yekunlaşıb. Paris Məhkəməsi Fransanın “Elf” neft şirkətində çoxmilyonluq maliyyə fırıldaqçılıqları haqda yekun qərar qəbul etdi. Maksimum cəza müddəti beş il oldu.

Dünən məhkəmə qarşısına çıxarılan “Elf” şirkətinin (hansı ki, 1994-cü ildə özəlləşdirilib və 2000-ci ildə “TotalFina” ilə birləşib) təkcə beynəlxalq biznesdə tanınmış şəxslər deyildi, onlar həmçinin siyasi aləmdə də prezidentlər Jak Şirak və Fransua Mitteranla sıx əlaqələri vardı. Müttəhimlərdən əsas üçü “Elf” kompaniyasının İdarə Heyətinin sədri Loyk Le Floş-Prijan, onun müavini Alfred Sirven və Afrika üzrə mütəxəssis Andre Tarallo-1989-cu ildən 1993-cü ilədək 350 milyon ABŞ dollarını mənimsəməkdə ittiham olunurdular. Qalan 34 ittiham olunan – “Elf” şirkətinin keçmiş əməkdaşları və digər şəxsi vasitəçilər rüşvət verilməsində iştirakçılar və vəsaitlərin İsveçrədə, Lüksemburqda və digər ölkələrdəki məxfi hesablarda gizlədilməsinə kömək edənlər idi.

“Elf” işi ilə bağlı istintaq 8 il davam edib. Bu müddət ərzində istintaq müəyyən edib ki, “Elf” şirkətinin büdcə vəsaitləri hesabına Le Floj-Prijan Parisdə

villalar və bahalı mənzillər alıb, həyat yoldaşından boşanan zaman 5 milyon dollar təzminat ödəyib. Bundan başqa, “Elf”in keçmiş rəhbəri etiraf edib ki, müxtəlif

siyasi partiyaları maliyyələşdirib, vəsaitlərin böyük hissəsi isə Jak Şirakın “Respublika üçün Birlik” Partiyasına verilib, həmçinin gəlirli neft müqaviələləri əldə etmək məqsədilə Afrika ölkələri (Anqola, Konqo və Qabon) liderlərinin satın alınmasında istifadə edilib. Alfred Sirven “Elf”-in pullarını qiymətli daşlara və daşınmaz əmlaka yatırırdı: İvisdə villa və Mərkəzi Fransada qəsr. Cənab Tarallo Parisdə və Korsikada daşınmaz əmlaklara sahiblənib.

Bu üç nəfərdən yalnız Andre Tarallo, hansını ki, Afrika ölkələrinin liderləri ilə sıx əlaqələri olduğuna görə “Cənab Afrika” adlandırırdılar, son vaxtlara qədər azadlıqda idi. Onun iki şəriki isə Fransanın keçmiş xarici iİşlər naziri Roland Dümanın işinə görə həbsdədirlər.

Loyk Le Floş-Prijan məhkəmə zalına həbsxanadan deyil, xəstəxanadan gətirilib. Ona yaxın insanların sözlərinə görə, o, hər dəfə növbəti məhkəmə iclasının keçiriləcəyi tarixi biləndə xəstələnir.

İstintaq prosesi zamanı Le Floj-Prijan və Sirven öz təqsirlərini qəbul ediblər, amma bildiriblər ki, onları həmin illərdə şirkətdə inkişaf etmiş “rüşvətxorluq mədəniyyəti yoldan çıxardıb”.

Cənab Afrika sonadək təqsirsiz olmasında israr edirdi. Paris Məhkəməsi dünənki iclasında cənab Le Floş-Prijana 5 il müddətinə azadlıqdan məhrumetmə və 435 min USD cərimə ödəmək, Alfred Sirvenə 5 il və 1,16 milyon USD cərimə və Andre Tarallo 4 il həbs və 2,3 milyon cərimə ödəməsi barədə hökm çıxardıb. Digər müttəhimlər daha az müddətə məhkum olunublar.



P.S.


“TotalFina” şirkəti 2000-ci ildə “Elf” şirkətini 48 mlrd USD-yə aldıqdan sonra şirkət “TotalFina Elf” adlanırdı.

2003-cü ildən isə (məlum məhkəmədən sonra) Total adına qayıdıb. “Total”ın adı da korrupsiya qalmaqallarında hallanır. 2002-ci ildən fransız hüquq-mühafizə orqanları “Total” şirkətinin gəlirli müqavilələr qarşılığında İraq və Rusiya Federasiyası məmurlarına rüşvət verilməsini araşdırırdılar.

“Elf” şirkəti Almaniyanın keçmiş kansleri Helmut Kola və onun partiyasına da şirkətin “qara fondlarından” Almaniyanın şərqindəki Leuna Neftayırma Kombinatını əldə etməyə köməkliklərə görə “təşəkkür” edib. “Elf” şirkətinin həmçinin Fransanın keçmiş XİN rəhbəri Roland Düma ilə də xüsusi münasibətləri olub.

Bugünlərdə Braziliyada prezindent Dilma Rusefin impiçment məsələsini dəstəkləmək üçün minlərlə insan mitinq keçiriblər. Belə ki, xanım Dilma Rusefi dövlət neft şirkətində aşkarlanan korrupsiya məsələsində büdcə vəsaitlərindən seçki nəticələrinə təsir etmək üçün istifadədə və ölkənin vergi qanunvericiliyini pozmaqda ittiham edirlər…

Ana səhifəXəbərlərNeftçilərə hökm oxundu