“Həsənağa Hacıəliyevin meyiti ailəsinə təhvil verilib”
Xəzərin Neftçala sahilində tapılan kişi meyitinin itkin düşən neftçi – operator Həsənağa Hacıəliyevə aid olması təsdiqlənib. Məlumatı Dövlət Neft Şirkəti yayıb.
Məlumatda deyilir ki, Həsənağa Hacıəliyevin meyiti ailəsinə təhvil verilib.
Meyit fevralın 1-də səhər saatlarında Neftçala rayonunun ikinci Mayak kəndi ərazisində, sahildə tapılıb.
2016-cı il dekabrın 15-də N.Nərimanov adına neft-qazçıxarma idarəsinin 1 saylı mədənində estakadanın dənizə uçması ilə 10 neftçi dənizə düşüb. Neftçilərdən ancaq İlham Qafarovun həmin gün cəsədi tapılaraq ailəsinə təhvil verilib. Qalanlarının axtarışı isə nəticə verməyib.