SOCAR

Mənbə: Meydan TV

Başlıq: SOCAR

Neftçilər: “Bahar enerji” 200-ə yaxın əməkdaşı işdən çıxaracaq

Məqalə yeniləndi:  29 İyun 2020

“Bu günlərdə 100-ə yaxın neftçi işdən çıxarıldı”

"Bahar enerji" neft şirkəti 200-ə yaxın əməkdaşına işdən çıxarılacaqlarına dair xəbərdarlıq edib. İşçilərin əməkhaqqları da 20 faiz azaldılır. Bu barədə Meydan TV-yə şirkətin bir qrup əməkdaşı məlumat verib.

İşdən çıxarılma səbəbindən adlarının açıqlanmasını istəməyən neftçilər bildiriblər ki, şirkət Ukraynanın hansısa şirkətinə satılır. Yeni şirkət isə işçi sayını ən azı 50 faizədək azaltmağı planlaşdırır. "Bu günlərdə 100-ə yaxın əməkdaş işdən çıxarıldı. İndi də müddətsiz əmək müqaviləsi ilə çalışanlara təzyiq göstərməklə 6 aylıq, yəni müddətli əmək müqaviləsi bağlayırlar. Çünki bu halda işdən çıxarılmaların bəhanəsi olur. Müqavilə bağlamaqdan imtina edənlərə təzyiqlər olur", -işçilərdən biri söyləyib.

İşçilər deyiblər ki, "Bahar enerji"yə əvvəllər SOCAR-ın prezidenti Rövnəq Abdullayevin mərhum qaynatası ilə dayısı oğlu Anar adlı şəxs nəzarət edirmiş. İndi isə qızının nəzarətindədir:

"Bir qrup əməkdaşımız hüquq müdafiəçisi Mirvari Qəhrəmanlıya müraciət edib. O da Rövnəq Abdullayevə müraciət göndərib. Amma işdən bizə deyirlər ki, Mirvari kimdir sizə kömək eləsin? Şikayətiniz özünüzə ziyandır".

Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı isə bildirib ki, şirkətin prezidenti Con Harkins və hazırda onun səlahiyyətlərini icra edən Deyl Makfadden işçilərə maaşların 20 faizini azaltmağı nəzərdə tutan müqaviləyə qol çəkməyə məcbur edirlər. Bu isə Əmək Məcəlləsinin pozulmasıdır. Bununla bağlı təşkilata şirkətin 200 əməkdaşının imzası ilə müraciət daxil olub. Lakin şikayətlər hələ də təmin olunmayıb.

“Bahar enerji” neft şirkətindən Meydan TV-nin suallarını cavablandırmayıblar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  29 İyun 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/fb1ik2

Ən çox baxılan