Xəzər Dəniz Neft Donanması

Mənbə: Foto: google.az

Başlıq: Xəzər Dəniz Neft Donanması

Neftçilər: 56 gündür dənizdəyik, maaşımız tam verilmir

Neftçilər: 56 gündür dənizdəyik, maaşımız tam verilmir

“Evdə ayağını ayağının üstünə aşırıb, çayını içən də bizimlə eyni maaşı alıb”

Xəzər Dəniz Neft Donanmasının əməkdaşlarının şikayəti var. Onlar artıq 2-ci aydır ki, dənizdə növbədənkənar qaldıqlarını, buna görə əmək haqqını tam almadıqlarını söyləyirlər.

“56-cı gündür dənizdəyik. Canımızı dişimizə tutub işləyirik. Ancaq bizə əlavə qaldığımız günlərin əmək haqqı ikiqat verilməli olduğu halda, az yazılıb. Evdə qalan, hansı ki, onların yerinə işlədiyimiz işçilər bizimlə eyni əmək haqqını alıb”.

İşçilər deyirlər ki, bu, ədalətsizlikdir. Çünki onlar da işləməyib, evdə oturub, eyni maaşı ala bilərdilər. Ancaq 56 gündür ki, dənizdədirlər və işləyirlər:

“Bu, azmış kimi son 15 günün maaşını ümumiyyətlə, verməyiblər. Deyirlər, 2 ay evdə oturanda nə qalıbsa, alacaqsınız. Ancaq biz inanmırıq, indi verməyən, evdə oturanda verəcək?”

İşçilər deyirlər ki, onlar bütün karantin dövrünü işləyiblər. Koronavirusa görə evdə olan işçilər işə çağırılmayıb. İşdə olanlara əlavə 1 ay da qalmaları təklif edilib. İşçilər qəbul ediblər. Ancaq onlara vəd edilən əmək haqqı verilmədiyi üçün narazıdırlar:

“Evdə ayağını ayağının üstünə aşırıb, çayını içən də bizimlə eyni maaşı alıb. Tələbimiz odur ki, bizim əmək haqqımızı ikiqat ödəsinlər. Çünki biz 24 saat işləyirik və çətindir. Onların etdiyi istismardır”.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məsələni araşdıracaqlarını söyləyiblər:

“Bu barədə bizə nəsə deyilməyib. Araşdırıb, məlumat verərik”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/njc5u6

Ən çox baxılan