Avstriya komandası Bakıdan məğlub yola salındı
“Neftçi” klubu bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində ilk oyununu keçirib.
“Ağ-qaralar” ilk matçına doğma publika önündə çıxıb. Rəqib isə Avstriyanın “Rapid” (Vyana) komandası olub. “Neftçi” 60-cı dəqiqəyə kimi hesabda 2:0 öndə olsa da, matça əlavə olunmuş son dəqiqədə “Rapid” qollardan birinin əvəzini çıxıb – 2:1.
Komandalar arasında cavab qarşılaşması avqustun 11-də Avstriyada keçiriləcək.
“Neftçi” Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Kipr “Aris”ini mübarizədən kənarlaşdırmışdı.