“Jelezniçar”la səfər matçında qalib müəyyənləşməyib
“Neftçi” klubu iyulun 27-də UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində ilk oyununu keçirib.
Bakı təmsilçisi turnirdəki ilk matçına Bosniya və Herseqovinada çıxıb. “Ağ-qaralar” bu ölkənin “Jelezniçar” komandası ilə qarşılaşıb.
“Qrbavitsa” stadionunda keçirilən oyunun start fiti saat 23:00-da verilib.
“Neftçi” rumıniyalı yeni baş məşqçisi Adrian Mutunun rəhbərliyi altında çıxdığı oyundan heç-heçə ilə ayrılıb. Komandalar hərəyə iki dəfə qol sevinci yaşayıb – 2:2.
“Neftçi” ilə “Jelezniçar” arasında cavab oyunu avqustun 3-də Bakıda keçiriləcək.