“Neftçi” klubunun Müşahidə Şurası yaradıldı

Sadıq Sadıqov: “Çingiz Abdullayevdən xahiş etdik ki, “Neftçi”nin Müşahidə Şurasına sədrlik etsin”

Source:


Sadıq Sadıqov: “Çingiz Abdullayevdən xahiş etdik ki, “Neftçi”nin Müşahidə Şurasına sədrlik etsin”

Trend-in məlumatına görə, SOCAR-ın inzibati binasında keçirilən iclasdan sonra “Neftçi” klubunun prezidenti Sadıq Sadıqov deyib ki, bu gün nəinki “Neftçi”nin, eləcə də Azərbaycan futbolunda dəyişikliyin vaxtı çatıb.

Onun sözlərinə görə, hələ ötən il klublarda Müşahidə Şurasının yaradılması qərara alınmışdı: “Neftçi” futbol klubu ayrı qurum idi. Bizim “Neftçi” İdman Klubumuz var ki, burada 36 idman növündə 5 minə yaxın idmançı var. “Azərneftyağ” Neft Emalı Zavodu bağlandıqdan sonra qərara gəldik ki, futbol klubunu cəmiyyətin tərkibinə verək. Futbolun inkişafı üçün yeni struktur düşündük. Bu gün bununla bağlı qərar verdik. “Neftçi” futbol klubunda artıq Müşahidə Şurası yaradıldı. Bu Müşahidə Şurasına 7 üzv təklif edirik. Seçim sonra olacaq. Düşündük ki, bu şurada tanınmış simalar yer alsın. Çingiz Abdullayevdən xahiş etdik ki, bu şuraya rəhbərlik etsin. O, “Neftçi” sevərlərdəndir. Sağ olsun ki, təklifimizi qəbul etdi. Bəhram Bağırzadə də təklifimizi müsbət qarşıladı. Tanınmış futbolçularımız Mübariz Zeynalov və Səməd Qurbanov da bu şurada iştirak etməyə razılıq verdilər. Zaur Qəhrəmanov və mən də bu şurada yer alacağıq. “Neftçi”nin aksiyaları buraxılacaq. Bizdə gələn ilə qədər artıq şəxsi klub olmayacaq, ictimaiyyət idarə edəcək”.

Ana səhifəXəbərlər“Neftçi” klubunun Müşahidə Şurası yaradıldı