Reklam üçün nəzərdə tutulan vəsait 4 aydır ödənmir
“Neftçi” Futbol Klubu artıq 4 aydır ki, əməkdaşlıq etdiyi idman qəzetlərinin reklam pulunu ödəmir. Bu barədə Meydan TV-yə idman saytlarından birinin baş redaktoru məlumat verib. Onun sözlərinə görə, klub futbolçuların da pulunu ödəmədiyindən artıq rəhbərliklə oyunçular arasında narazılıq yaranıb. Ödənişlərin edilməməsinə səbəb isə klubu maliyyələşdirən Dövlət Neft Şirkətinin (SOCAR) pul verməməsidir.
Neftçi Futbol Klubunun mətbuat katibi Gündüz Abbaszadə reklampulu ilə bağlı faktı Meydan TV-yə təsdiqləyib: “Bəli, reklam ödənişləri ilə bağlı gecikmələr var. Zamanla bu cür gecikmələr olur. Ancaq sonra tam ödənilir. Yaxın günlərdə bu məsələ həllini tapacaq. Ancaq futbolçularla bağlı deyilənlər yalandır. Onlar vaxtlı-vaxtında məvaciblərini alırlar”.
ARDNŞ-ın sözçüsü Nizaməddin Quliyev isə məsələdən xəbərsiz olduğunu, araşdırma aparıb, mətbuata məlumat verəcəyini deyir.