Neftçi Fəxrəddin Quliyev dəfn edildi

Dəfn mərasimində Dövlət Neft Şirkətinin Sosial inkişaf şöbəsinin rəis müavini Ramiz Məmmədov iştirak edib

Source:


Dəfn mərasimində Dövlət Neft Şirkətinin Sosial inkişaf şöbəsinin rəis müavini Ramiz Məmmədov iştirak edib

“İki gün idi gözümüz yoldaydı. Dünən axşam zəng etdilər ki, cəsəd “morq”dadır, gəlin götürün”.

Bu sözləri virtualaz.org saytına “Günəşli” platformasının 10-cu özülündə baş verən yanğında həlak olan 1957-ci il təvəllüdlü Fəxrəddin Quliyevin oğlu Ramin Quliyev deyib.

R.Quliyevin sözlərinə görə, atası 10 ildir ki, neft sektorunda çilingər işləyirmiş: “Bəzən işdə çətinliklər olurdu, günlərlə növbəni dəyişə bilmirdi. Amma belə bir hadisənin baş verəcəyini gözləmirdik. Yaxşı ki, cəsədi tapıldı, gözümüz yoldan yığıldı”.

Fəxrəddin Quliyevin 3 oğlu var. Hər üçünün də toyunu edib. Oğlu Ramin deyib ki, atalarının xeyir-duası ilə evləniblər: “Çox şükür edirəm ki, atama bizim xeyir işimizi görmək nəsib oldu”.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində dəfn olunan Fəxrəddin Quliyevin yas mərasimi qəsəbədəki Yavər Əliyev küçəsi ev 1 ünvanında keçirilir.

Dəfn mərasimində Dövlət Neft Şirkətinin Sosial inkişaf şöbəsinin rəis müavini Ramiz Məmmədov da iştirak edib və şirkət adından mərhumun qohumlarına başsağlığı verib.

Ana səhifəXəbərlərNeftçi Fəxrəddin Quliyev dəfn edildi