Neftçalada bələdiyyə sədrinin həbs edildiyi deyilir

O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bələdiyyənin 7 min 650 manat vəsaitini mənimsəmədə təqsirləndirilir.

Source: MeydanTV


Qismət Qəfərov bələdiyyənin vəsaitini mənimsəmədə günahlandırılır

Neftçalanın Xol Qarabucaq kənd bələdiyyəsinin sədri Qismət Qəfərov həbs edilib.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bələdiyyənin 7 min 650 manat vəsaitini mənimsəmədə təqsirləndirilir.

Məlumatı Neftçala Rayon Prokurorluğu yayıb.

Bildirilir ki, faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanıb: “Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Ana səhifəSosialNeftçalada bələdiyyə sədrinin həbs edildiyi deyilir