Neft yanvarda neçəyə olacaq?

“Ər-Riyad ABŞ-la əlbirdir və bu, Rusiyaya qarşıdır”

Source:


“Ər-Riyad ABŞ-la əlbirdir və bu, Rusiyaya qarşıdır”

Neftin qiymətində ilin əvvəlindən başlayan azalma nəinki dayanacaq, əksinə, davam edəcək. Artıq bu ay 1 barrel neft üçdə bir qədər azalaraq $40 ola bilər. Ekspertlər müxtəlif proqnozlar verir, ancaq hamı bir fikirdədir – “qara qızılın” qiyməti 2015-ci ilin ikinci yarısından tez bərpa olunmayacaq, deyə gazeta.ru yazır.

2014-cü ilin ortasından Brent markasının fyuçersləri ardıcıl olaraq aşağı düşürdü və dekabrın sonuna bir barrel 115 dollardan 60 dollara qədər düşüb. Özü də 60 dollarlıq psixoloji hədd bir neçə dəfə keçib, ancaq hər dəfə qiymət qalxırdı.

Müqayisə üçün, böhranlı 1998-ci ilin dekabrd ayında neftin qiyməti bir barrel üçün $9,1 düşdü (ilin əvvəlində $17–18 idi), ancaq 1999-cu ilin əvvəlindən qiymət artmağa başladı, iyuna isə $15 keçdi. Dünya böhranının növbəti ilində, 2008-də dekabrda neftin bir barreli $33-dan bir az baha idi, hərçənd iyunda rekord $147 olmuşdu. Sabit artım yalnız 2009-cu ilin ikinci yarısında başladı, o vaxt bir barrel $60 həddini keçdi.

OPEK noyabrın sonunda iclasında bəyan etdi ki, hasilatı azaltmayacaq. Kartel sutkada 30 mın barrel hasil edərək neft istehsalının 30 faizi təmin edir.

Versiyaların birinə görə, Səudiyyə Ərəbistanı qəsdən qiyməti düşürür ki, ABŞ-ın şist nefti dünya bazarına çıxmasın (qiymət ucuz olanda rentabelli olmur). Başqa versiyaya görə, Ər-Riyad ABŞ-la əlbirdir və bu, Rusiyaya qarşıdır.

Dekabrın sonunda Səudiyyə Ərəbistanının neft naziri Əli əl-Nuyami Middle East Economic Survey-ə deyib ki, neft heç vaxt $100 səviyyəsinə qalxmaya da bilər.

Ana səhifəXəbərlərNeft yanvarda neçəyə olacaq?