Bakı şəhər sakinləri Siyavuş Əliyev, Vüsal Atakişiyev, Elçin Məmmədov və Hacıqabul rayon sakini Taleh Günəşov tutulublar
SOCAR şirkətinə məxsus yeraltı qaz kəməri kəsərək oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də və 15-də Səngəçal qəsəbəsi ərazisindən keçən SOCAR şirkətinə məxsus yeraltı qaz kəmərinin ümumilikdə 1232 metrlik hissəsini kəsərək oğurlamaqda şübhəli bilinənlər – Bakı şəhər sakinləri Siyavuş Əliyev, Vüsal Atakişiyev, Elçin Məmmədov və Hacıqabul rayon sakini Taleh Günəşov tutulublar.