None

Mənbə: 

Neft qoxulu rəsmlər

Sabir Çopurov 1956-cı ildə Gürcüstanın Borçalı mahalında anadan olub, Tiflis Rəssamlıq Akademiyasının hazırlıq kursunda dərs alıb. Çəkdiyi ilk işlər yağlı boya ilə olsa da, sonradan neftlə çəkməyə üstünlük verib.  Belə ki, uşaq vaxtlarında nənəsi Naftalan neftilə müalicə olunandan sonra evə gətirdiyi bir hissə neftdən Sabir, müxtəlif rəsmlər çəkmək üçün istifadə etməyə başlayıb.

O vaxtdan bəri bütün əsərlərini neftlə çəkir. Nefti bitdiyi zaman Bayıldakı neft gölməçələrindən neft toplamağa başlayır, bir çox halda isə dost-tanış da pay verir. Nefti boya halına gətirmək üçün uzun müddət üzərində işləməli olur, sonda istədiyini əldə edir və 2008-ci ildə neftlə çəkmə texnikasını Dövlət Standartlaşdırma və Patent Agentliyində patentləşdirir.

Çəkdiyi əsərlərə isə daha çox xarici turistlər maraq göstərir. Rəsmlərin qiyməti məzmun və ölçülərə görə dəyişir. 100 manatdan 3 min manata qədər. Yerli vətəndaşlara elə də maraqlı olmadığına görə, alıcıların böyük əksəriyyəti xaricilərdir.  Rəssamın sərgiləri də daha çox Fransa, İtaliya, Almaniya, ABŞ və digər ölkələrdə təşkil olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/v954qz

Ən çox baxılan