Neft ölkələrinin nazirləri toplanır

Toplantıdan əvvəl OPEC-ə üzv olmayan bəzi iri neft istehsalçıları, o cümlədən Rusiya hasilata azaltmağa hazır olduğunu bildirib

Source:


Toplantıdan əvvəl OPEC-ə üzv olmayan bəzi iri neft istehsalçıları, o cümlədən Rusiya hasilata azaltmağa hazır olduğunu bildirib

Noyabrın 30-da OPEC neft kartelinin üzvləri bir araya gəlib, hasilatı azaltmaq məsələsini müzakirə edəcəklər.

Ekspertlər nazirlərin görüşündən müsbət nəticə gözləmir. Səbəb İranla Səudiyyə Ərəbistanının yola gəlməməsidir. İran sanksiyalardan azad olandan sonra ixrac qabiliyyətini bərpa etməyə, bazardakı payını geri almağa çalışır. İran sanksiyalar zamanındakı durumundan yararlanmış Səudiyyə Ərəbistanının hasilatı azaltmasını istəyir. Səudiyyə Ərəbistanı isə dünyanın ən iri neft istehsalçılarından biri olaraq qalır.

“Reuters” agentliyi bu narazılığın nefti daha 4 faiz ucuzlaşdırdığını yazır.

Toplantıdan əvvəl OPEC-ə üzv olmayan bəzi iri neft istehsalçıları, o cümlədən Rusiya hasilata azaltmağa hazır olduğunu bildirib. Amma müşahidəçilər onlara da bel bağlamırlar.

OPEC neftin qiymətinə daha əvvəlki kimi təsir edə bilmir. Buna, xüsusilə, Birləşmiş Ştatlarda yeni neft və qaz yataqlarının aşkar edilməsi səbəb olub. Təzə yataqlar ABŞ-ı da dünyanın ən böyük neft ixracatçılarından birinə çevirib.

Ana səhifəXəbərlərNeft ölkələrinin nazirləri toplanır