Neft maqnatı Anar Əlizadənin naməlum biznesi

Bosfor boğazında yuyulan pullar Temza sahillərindəkindən heç də az deyil

Source: Anaralizade.com


İş adamı Nihad Əliyevin mart ayında İstanbulda şübhəli şəraitdə ölümünün üstü aradan xeyli keçsə də, hələ açılmayıb. Dostları və daha bir neçə qızla otel nömrəsinə qalxan, bir neçə dəqiqə sonra baş nahisəyindən güllə yarası alıb 40 yaşında həyatını itirən Nihad Əliyev adi iş adamı deyil. O, SOCAR-la dərin biznes əlaqələrində olan Anar Əlizadənin qardaşıdır. Bu faktoru nəzərə alaraq hadisənin intihar və ya qəsd olmasını müəyyən etmək üçün istintaqın bir çox versiya üzərində işləyəcəyini düşünmək olar.


Bəzi mənbələr Nihad Əliyevin SOCAR-ın satış departamentində işlədiyini iddia edir.


SOCAR bu informasiyanı nə inkar, nə də təsdiq edib. Onun uzun illərdir ki, Türkiyədə biznesinin olduğu isə dəqiqdir. Bu araşdırmada həm onun, həm də qardaşlarının indiyədək az tədqiq olunmuş beynəlxalq və yerli miqyaslı biznes fəaliyyətinə işıq salacağıq.

Əvvəlcə SOCAR-la 40-dan çox layihədə kompanyon olmuş Anar Əlizadə haqda danışaq. “Global Witness” araşdırma təşkilatının qalmaqallı tədqiqatı 2013-cü ildə yayılanadək adını da eşitmədiyiniz bu işadamını SOCAR neft quyularının ən yaxınına, yəni neft hasilatından tutmuş onun xarici bazarlarda satışına qədər çox yaxın məsafəyə buraxmışdı.

Anar Əlizadənin və onun yaxın ətrafının Azərbaycanda, Britaniyada, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində və başqa ölkələrdə böyük biznes şəbəkəsi var. Onun izinə düşmək üçün Londona gedirik. Amma İngiltərəyə çatmamış Men Adasına “eniş edirik”. Anar Əlizadə mayın 1-də burada

“Gagnant Global Holding Limited”


şirkətini

qurub. 4 gün sonra isə bu şirkətin vasitəsilə Londonda

“Dessus Petroholding Limited”

şirkətini

təsis edib

.

Neft ticarətçısı, alternativ enerji istehsalçısı

“Dessus Petroholding Limited” qrupuna bir neçə şirkət daxildir. 2019-cu ildə qrupun dövriyyəsi 31 milyon funt sterlinq olub.

Qrupdakı “Montee Energy Trading UK Limited”

şirkəti

Britaniya, Türkiyə, İspaniya, Baltik ölkələrində neft məhsulları və neft-kimya məhsullarının ticarəti ilə məşğul olur. 2017-ci ildə satış həcmi 26 milyon, 2018-ci ildə isə 44 mlyon dollar olub. 2019-cü ildə ticarət bir qədər azalıb. Anar Əlizadə ana şirkət vasitəsilə ona 16 milyon dollar borc verib. Amma bu şirkətin işləri gətirmir: neftin qiyməti “oynadığından” 2020-ci ilin əvvəlinə zərər 5 milyon dolları aşıb.

“Solein Energy UK Limited”

şirkəti

Britaniyada günəş enerjisi istehsal edən 3 şirkətin

(“Solein Walmoor Ltd”

,

“Solein Harvest Ltd”



“Solein Rookery Ltd”

) mülkiyyətçisidir. “Dessus Petroholding Limited” onu özü yaradıldığı gün təsis edib.

“Solein Energy” qrupu günəş enerjisi istehsalı ilə yanaşı, elektrik və LED malların satışı, quraşdırılması və müştərilərə xidmət sahəsində ixtisaslaşıb. Baş ofisi Liverpul şəhərində yerləşir. Anar Əlizadə bu qrupa da faizsiz borc verib. 3 milyon funt. Qrup öz törəmə şirkətlərinə günəş panelləri ilə alternativ enerji istehsalı üçün 2,3 milyon funt sərmayə qoyub. Anar 2019-cu ildə şirkətlərin enerji satışından 300 min funt təmiz qazanc götürüb.

Ərəb körfəzindən Bosfor körfəzinə axıdılan milyonlar

Anar Əlizadənin İstanbulda da bir neçə şirkəti var. Bosfor boğazında yuyulan pullar Temza sahillərindəkindən heç də az deyil.

Onun

“Union Grand Energy Pte Ltd”

(Sinqapur) şirkəti Ərəb Əmirliklərində (BƏƏ)

“Core Energy FZE”

şirkətini yaradıb. Bu şirkətsə 2013-cü ildə İstanbulda 75 milyon türk lirəsi

sərmayə ilə “Kor Emlak Geliştirme Yatırım İnşaat ve Ticaret Anonim Şirketi”

ni qurub.

2015-ci ildə şirkətin fəaliyyətinin heç bir fayda vermədiyi əsas gətirilərək ləğvi haqda qərar verilib. Amma bir il sonra ləğvetmə prosesi dayandırılıb. 2017-ci ilin iyul ayında BƏƏ-dəki “Core Energy FZE” şirkəti Türkiyədəki bu törəməsini “Palmali Emlak Geliştirme Otelçilik və Turizm A.Ş.”-yə satıb. Bir neçə gün sonra “Kor Emlak Geliştirme Yatırım İnşaat ve Ticaret A.Ş” “Palmali Emlak Geliştirme Otelçilik və Turizm A.Ş.”-yə birləşdirilib.

Anar Əlizadənin Türkiyədəki başqa bir şirkəti “

Bosfor Emlak Geliştirme ve Yatırım Limited

” şirkətidir. Şirkət 2012-ci ilin aprelində “Palmali Holding”in baş ofisində qurulub. Şirkətin təsisçiləri

“Bosfor İnvest Limited UAE”

şirkəti və

Orxan Abbas oğlu Hüseynov

dur.

Şirkətin təsis iclasında “Bosfor İnvest Limited UAE” şirkətini hazırda SOCAR-a məxsus “Petkim Holding”də yüksək vəzifə tutan şəxs – Aqşin Səlimov

təmsil edib

. 2014-cü ildə kapital Dubay şirkətinin vəsaiti hesabına 100 min lirədən 50 milyon lirəyə qaldırılıb. Sərmayənin təxminən 30 milyonu “Bosfor Emlak Geliştirme ve Yatırım Limited” şirkətinin mənfəəti hesabına yatırılıb. İki ilə bu qədər vəsait necə qazanılıb – bu məlumat açıqlanmır.

2016-cı ilin sentyabrında Orxan Hüseynov “Bosfor Emlak Geliştirme ve Yatırım Limited Şirketi”ndən ayrılıb. İstanbuldakı həmin toplantıda “Bosfor İnvest Limited UAE” şirkətini Anna Mişçenko təmsil edib.

Anna Mishchenko

Anar Əlizadəyə məxsus olan

“Union Grand Energy Middle East Ltd.”


şirkətinin

iki direktorundan biridir.

2018-ci ilin noyabr ayında Bədəl Nüsrət oğlu Əliyev Türkiyənin Şirkətlər Reyestrində “Bosfor İnvest Limited UAE” şirkətinin təmsilçisi kimi təqdim olunub. 45 yaşlı Bədəl Əliyev Anar Əlizadənin böyük qardaşıdır.

Anar Əlizadənin kiçik qardaşı, mərhum Nihad Əliyev

“Buta Travel Turizm ve Seyahet Ticaret Limited”

şirkəti ilə sıx bağlı olub. Şirkəti 2010-cu ilin noyabr ayında İstanbulda

“Petroleum United F.Z.E”

şirkəti (BƏƏ) və Nihad Əliyev (Naxçıvan şəhəri, Ələkbərov döngəsi 1, ev 14) təsis edib. Tərəflər şirkətə 3,8 milyon lirə yatırıblar. Bunun 99%-ni “Petroleum United F.Z.E” şirkəti qoyub.

2012-ci ildə təsisçilər kapitalı pay bölgüsünə toxunmadan 21 milyon lirəyə qaldırıblar. Bu haqda qərarın verildiyi İstanbuldakı yığıncaqda “Petroleum United F.Z.E” şirkətini Orxan Hüseynov təmsil edib. Bundan sonra isə şirkət gah Orxan Hüseynova, gah da Nihad Əliyevin nəzarətinə keçib.

2013-cü ildə “Petroleum United F.Z.E” şirkəti “Buta Travel Turizm ve Seyahet Ticaret Limited” şirkətindəki payını Orxan Hüseynova ötürüb. 2015-ci ilin sonlarında şirkətin kapitalı 13,7 milyon lirəyə endirilib. Səbəb kimi Orxan Hüseynovun sərmayə öhdəliyini yerinə yetirmədiyi göstərilib. 2016-cı ilin avqustunda Orxan Hüseynov 13,5 milyon lirə dəyərində payını Nihad Əliyevə satıb. Bir il sonra isə Nihad Əliyev şirkətin kapitalından 5,2 milyon lirə nəğd vəsaiti geri çəkib.

Untitled design (1).png
Neft maqnatı Anar Əlizadə

Qardaşların Azərbaycandakı zavodları və başqa obyektlərı

Mərhum Nihad Əliyev hüquqi ünvanı qardaşı Bədəl Əliyevin Bakıdakı mənzili olan “Azboru” MMC-ni 2011-ci ildə təsis edib.


“Azboru” MMC-nin

Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən Plastik boru zavodu 2012-ci ilin iyul ayında işə salınıb. Ümumi ərazisi 2 hektar olan zavod istehsalat və təkrar emal sexlərindən ibarətdir. Zavod müxtəlif diametrli (16-630 mm) qaz və içməli su boruları istehsal edir. Sutkada 56 ton polietilen boru istehsal etmək gücündədir.

Məhsulların əsas alıcıları SOCAR “Azəriqaz” İB-nin və “Azərsu” SC-nin podratçı təşkilatlarıdır. SOCAR-a tabe olan “Azəriqaz” 2016-cı ildə “Azboru” MMC-dən 4 648 450 manat dəyərində polietilen borular alıb. 2020-ci ildə zavod “Azəriqaz”-a daha 3 939 666 manatlıq mal satıb. Ola bilsin ki, bu tərəflər arasında ticarətin tam siyahısı deyil. Çünki SOCAR heç də bütün satınalmaları barədə ictimaiyyətə məlumat vermir.

Anar Əlizadə 3 şirkətin (

“Favorit-A”

MMC

, “Burj Baku İnşaat”

MMC və

“Finans Group”

MMC

)

tək təsisçisidir. Bu şirkətlərin hüquqi ünvanı Bakı şəhəri, Oqtay Kərimov küçəsi, 45-dir. Anar Əlizadə bir vaxtlar İngiltərədə direktor olduğu “Caspian Marine Services UK Limited” şirkətinə öz ünvanı kimi buranı

təqdim edib

. Bu ünvanda daha 3 şirkət –

“Mardakan Searesort”

MMC,

“Femida”

MMC və

“AzPİM”

MMC də qeydiyyata alınıb.

2016-cı ildə “Mardakan Searesort” MMC və “Favorit-A” MMC eyni gündə

ləğv edilib

. Digər şirkətin (“Burj Baku İnşaat” MMC) nə zaman ləğv edildiyi haqda məlumat yoxdur.

“Mardakan Searesort” MMC-nin keçmiş direktoru Rövşən Cəlil oğlu Rzayev indi Anar Əlizadənən Azərbaycandakı digər şirkətinin – “UGE Middle East Development Azerbaijan” MMC-nin rəhbəridir.


“Femida”

MMC 2004-cü ildə yaradılıb. 2015-cı ilin əvvəlinə “Femida” MMC-nin

aktivləri

26,3 milyon manat idi. Şirkət Bakı şəhərində altımərtəbəli ofis binası

inşa etdirib

.

“Femida” MMC 2007-ci ildə

“Məişət Maye Qaz” ASC

-ni özəlləşdirib. LPG-nin distribütorluğu və pərakəndə satışı ilə məşğul olan bu ASC özəlləşdirməyədək hazırda SOCAR-ın idarə etdiyi “Azəriqaz” İstehsalat Birliyinin tabeliyində idi.


“AzPİM” MMC

Azərbaycanda taxta alıtlıq (palet) istehsalçısıdır. Fabrikin istehsal sahəsi sex sahəsindən, qurutma sahəsindən, inzibati və köməkçi sahələrdən ibarətdir.

Orxan Hüseynov kimdir?

Bəs Anar Əlizadə və qardaşlarının adı gedən şirkətlərdə yer alan, Naxçıvanda qeydiyyatda olan 37 yaşlı Orxan Abbas oğlu Hüseynov kimdir? Onun adına bu tədqiqatda bir neçə dəfə rast gəldiniz.

Bunu öyrənmək üçün 2008-ci ilə qayıtmalıyıq. Həmin il “Union Grand Energy Pte. Ltd” şirkəti 3% və SOCAR-ın 97%-lik payı ilə “SOCAR-UGE” MMC yaradılıb. Bu şirkətin ilk təmsilçisi Orxan Hüseynov olub. Sonralar bu şirkətin adı “SOCAR Construction” MMC-yə, bu il isə “Shelf Inshaat Services” MMC dəyişdirilib. SOCAR-sa bu ortaqlıqdan çıxıb.

Orxan Hüseynov daha bir şirkətin –

“SOCAR Petroleum”

QSC-nin ilk direktoru olub. Bu şirkəti Anar Əlizadənin Amerikada qurduğu

“A.P. İnternational”

şirkəti SOCAR-la birlikdə 2008-ci ildə yaratmışdı.

BƏƏ-nin

“Berhar Oil F.Z.E”


şirkətinin

Azərbaycandakı filialı 2007-ci ildə açılıb. Orxan Hüseynov o vaxtdan bu şirkətin Azərbaycandakı filialının direktorudur.

Orxan Hüseynov 2011-ci ilin sentyabrında İstanbulda yaradılan

“Logic Dış Ticaret Limited Şirketi”

nin əsas təsisçisi olan “

Well Trading F.Z.E.

” (BƏƏ) şirkətinin təmsilçisi olub. 2016-cı ildən “Logic Dış Ticaret Limited Şirketi” Asmalı Mescit Mahallesi, İstiklal Caddesi, 176 mənzil 8 ünvanındadır. Bu ünvanda Anar Əlizadəyə aid bir neçə şirkət var.

“Well Trading F.Z.E.”

şirkəti

2009-cu ildə yaradılıb. 2013-cü ildə Bakıda nümayəndəliyi açılıb. O, “SOCAR Gas Export-İmport” MMC-nin təsisçilərindən biridir və 16,7% paya

malikdir

. “SOCAR Gas Export-İmport” MMC Gürcüstana qazın nəqli, satışı və digər xidmətlərin göstərilməsi ilə məşğuldur.

Orxan Hüseynov 2007-ci ildə Naxçıvandakı mənzilində yaradılan

“Avanqard-T.T”

MMC-nin, 2006-cı ildə Bakıda Yasamal rayonunda dəqiq ünvanı məlum olmayan

“İnci-2004”

MMC-nin direktorudur. Bu şirkətlər nə işlə məşğuldur, Anar Əlizadəyə bağlılığı var, ya yox – jurnalist tədqiqatı ilə aşkara çaxarmadı.

Anar Əlizadə Britaniyadakı şirkətlərin ilkin kapitalının mənbəyi, Azərbaycandakı kommersiya qurumlarının fəaliyyəti barədə MeydanTV-nin sorğusuna cavab verməyib.

Ana səhifəSiyasətNeft maqnatı Anar Əlizadənin naməlum biznesi