Neft kəskin ucuzlaşıb

Source:

Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 2,99 dollar və ya 5,39 faiz ucuzlaşaraq 52,53 dollar təşkil edib.

“Report”un məlumatına görə, birjalarda “Brent” markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Bu markalı neftin qiyməti 6,27 faiz yaxud 3,78 dollar geriləyərək 56,54 dollar/barel olub.

Ana səhifəXəbərlərNeft kəskin ucuzlaşıb