None

Mənbə: 

Neft kəndi – Balaxanı

Mərkəz Bakıdan 17 km aralıda yerləşən Balaxanı kəndi ən qədim ərazilərdən sayılır. Kəndin adının mənası Qılman İlkinin "Bakı və bakılılar" kitabında qeyd olunub: "bala" – yuxarı, hündür, "xana" – ev deməkdir".

Vaxtilə Balaxanı kəndi Bakının əsas sənaye istehsalı və neft mərkəzlərindən biri idi. Bakı milyonçularının Balaxanıda neft mədənləri, neft emal edən zavod və qurğuları olub. Neft qurğularından başqa Balaxanı həm də tarixi abidələri ilə məşhurdur.

Belə ki, vaxtı ilə Balaxanıda 20 sot sahəsi olan rus provaslav kilsəsi fəaliyyət göstərib. 1933-cü ildə kilsə bolşeviklər tərəfindən məhv edilib. Buna baxmayaraq, digər tarixi abidələr bugünə qədər saxlanılıb.
Bundan başqa, Balaxanı Cümə məscidi, Hacı Şəhla məscidi, Karvansaray, Şarirağa türbəsi, sandıq qəbirlər və s. abidələr mövcuddur.

Balaxanı Cümə məscidinin girişi

Balaxanı Cümə məscidinin girişi

Balaxanı kəndinin ümumi görünüşü

Balaxanı kəndinin ümumi görünüşü

Balaxanı kəndinin ümumi görünüşü

Balaxanı kəndinin ümumi görünüşü

Hacı Şəhla məscidinin dağıdılmış hissəsi

Hacı Şəhla məscidinin dağıdılmış hissəsi

Balaxanı kəndinin tarixini qorumaq məqsədi ilə kənd sakinləri qədim qəbirləri qoruyub saxlayırlar

Balaxanı kəndinin tarixini qorumaq məqsədi ilə kənd sakinləri qədim qəbirləri qoruyub saxlayırlar

Balaxanı məzarlığının  hündürlükdən görünən hissəsi

Balaxanı məzarlığının hündürlükdən görünən hissəsi

Neft kəndi – Balaxanı

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/sii4v3

Ən çox baxılan