Neft hasilatının azaldılması daha 6 ay uzadıla bilər

OPEC hasilatın azaldılmasını müzakirə edəcək

Source:


OPEC hasilatın azaldılmasını müzakirə edəcək

OPEC və ona üzv olmayan bəzi ölkələr neft hasilatının azaldılması üzrə razılaşmanın 6 ay uzadılmasını müzakirə edəcəklər. Razılığa Küveytdə keçirilən toplantıda gəlinib.

Martın 26-da bununla bağlı bəyanat yayılıb. Birgə komitənin OPEC Katibliyindən bazar şərtlərini nəzərdən keçirməyi və aprelə hesabat hazırlamağın xahiş edildiyi bildirilir: “Hasilatın könüllü azaldılmasını uzadıb-uzatmamağa bundan sonra qərar veriləcək”.

OPEC və Rusiya daxil 11 aparıcı hasilatçı dekabrda istehsalı günə 1.8 milyon barrel azaltmaq qərarına gəldilər. Məqsəd dünyada neftin qiymətini qaldırmaq idi.

Təhlilçilərin fikrincə, hasilatın azaldılması müddətini uzatmaqla bağlı vahid qərarın olmaması qiyməti sala bilər.

Rusiyanın energetika naziri Aleksandr Novak “hələlik, bu öndə qərarın olacağını demək tezdir”, – söyləyib. Onun sözlərinə görə, razılaşmaya tam əməl olunur və iştirakçılar onu 100 faiz yerinə yetirirlər.

Neftin barrelinin qiyməti 2014-cü ildə 100 dollara qalxdı, 2016-cı ildə isə 30 dollara düşdü. Dekabr razılaşmasından sonra neftin barreli 50 dolları keçdi.

Birləşmiş Ştatlar bu razılaşmaya qoşulmayıb.

Ana səhifəXəbərlərNeft hasilatının azaldılması daha 6 ay uzadıla bilər