“Bu ilki büdcə və strateji investisiya öhdəliklərində ARDNF-nin rolu nəzərə alsaq bu tempdə aşağı düşmə qəbul olunandır. Görəsən Fond bu tempi bu ilin sonunadək və növbəti illərdə də qoruya biləcəkmi?”
Bu ilki büdcə və strateji investisiya öhdəliklərində Fondun rolunu nəzərə alsaq bu tempdə azalma qəbul olunandır. Bu fikirləri öz Facebook səhifəsində Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu yazıb.
İbadoğlu Dövlət Neft Fondunun 2015-ci ilin yanvar-sentyabr ayları ərzində büdcə gəlirləri və investisiya siyasəti ilə bağlı açıqlamasını xatırladaraq bildirib ki, dövrü olaraq ictimaiyyətə təqdim edilən məlumatda diqqəti cəlb edən məqamlar üzərində dayanmaq istərdi: “Birincisi, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində əsas xərci dövlət büdcəsinə transfert olub. Belə ki, bu ilin 9 ayında Fondun büdcəsinin 88,3 faizi və ya 5 milyard 650 milyon manatı bu məqsədlə istifadə edilib. İkincisi, fondun aktivləri azalmaqda davam edib. Belə ki, bu ilin birinci yarısında Fondun 2015-ci ilin əvvəlinə olan 37 milyard 104,1 milyon ABŞ dolları məbləğində aktivləri nisbətən 6,38 faiz azalaraq 34 738,1 milyon ABŞ dollarına bərabər olub. Bu isə o deməkdir ki, aktivlər son 9 ayda orta hesabla ayda 262,8 milyon dollar azalıb”.
“Bu ilki büdcə və strateji investisiya öhdəliklərində ARDNF-nin rolu nəzərə alsaq bu tempdə aşağı düşmə qəbul olunandır. Görəsən Fond bu tempi bu ilin sonunadək və növbəti illərdə də qoruya biləcəkmi?”,-deyə sual edən Q.İbadoğlu digər mühüm məqamın valyuta səbətinin şaxələnməsi ilə bağlı olduğunu qeyd edib: “Fondun açıqlamasına görə, vəsaitlərin 47,8 faizi dollarda, 35,9 faizi avroda, 5 faizi funt sterlinqdə, 3,2 faizi qızılda, 1,5 faizi yapon yenində, 1.4 faizi Çin yuanında, 1,4 faizi rublda, 1,2 faizi Koraya vonunda, 1,0 faizi turk lirəsində, 0,5 faizi avstraliya dollarında və 1,1 faizi də digər valyutalarda saxlanılır. Bununla yanaşı Fond vəsaitlərinin 76,4 faizini istiqrazlarda və 5,2 faizini depozitlərdə yerləşdirib. Fondun vəsaitlərinin 57,54 faizi Avropada, 22,65 faizi Amerkada, 11,12 faizi Asiyadadır”.