Neft Fondunun aktivləri azalıb

Source:

Dövlət Neft Fondunun (ARDNF) aktivləri yarım il ərzində 3,56 faiz – 35 mlrd. 783,3 mln. dollara qədər azalıb.

“Fondun 2015-ci il yanvar-iyun ərzində gəliri 4 mlrd. 54 mln. manat, xərcləri 4 mlrd. 42,1 mln. manat təşkil edib”, deyə Fondun məlumatında bildirilir.

Neft və qaz satışından daxilolmalar 3 mlrd. 802,1 mln. manat, tranzit gəlirləri 5,7 mln. manat, bonus ödənişləri 2,1 mln. manat, akr hesabı ödənişlər 2,2 mln. manat təşkil edib.

Birinci yarımildə fondun vəsaitlərinin idarəetməsindən gəlirlər 241,9 mln. manat təşkil edib.

Fondun xərcləri dövlət büdcəsinə transfertlərin payına düşüb – 3 mlrd. 561,6 mln. manat düşüb.

Qaçqınların mənzil şəraitinin yaxşılaşdırılmasına 89,8 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidənqurmasına 46,5 mln. manat, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə 17,2 mln. manat, “Cənub qaz dəhlizi” layihəsinə 307,4 mln. manat, Gənclərin xaridə təhsili üzrə Dövlət Proqramının maliyyələşdirilməsinə 5,9 mln. manat xərclənib, fondun idarəetməsi üzrə inzibati xərclər 13,7 mln. manat təşkil edib.

ARDNF-nin valyuta məzənnələrinin dəyişməsi ilə bağlı büdcədənkənar gəlirləri 8 mlrd. 13,4 mln. manat təşkil edib (Turan İA).

Ana səhifəXəbərlərNeft Fondunun aktivləri azalıb