Neft Fondu ”Beynəlxalq Bank”a 1 mlrd. dollar depozit yerləşdirib

Samir Əliyev hesab edir ki, Fondun resurslarının dövlət bankına yerləşdirilməsi valyuta bazarında gərginliyi azalda bilər, amma bu qərar banklar arasında rəqabət prinsipini pozaraq diskriminasiya yaradır

Source:
Elmir Həbibullayev foto APA
Elmir Həbibullayev foto APA
Elmir Həbibullayev foto APA
Elmir Həbibullayev foto APA


Samir Əliyev hesab edir ki, Fondun resurslarının dövlət bankına yerləşdirilməsi valyuta bazarında gərginliyi azalda bilər, amma bu qərar banklar arasında rəqabət prinsipini pozaraq diskriminasiya yaradır


“Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) “Beynəlxalq Bank” ASC-də (ABB) yerləşdirdiyi vəsait bankın xarici öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır”.

“APA-Economics” xəbər verir ki, bunu bankın İdarə Heyətinin sədr müavini Elmir Həbibullayev bildirib.

ARDNF-in “Beynəlxalq Bank”a 1 mlrd. dollarlıq depozit yerləşdirməsi barədə informasiya yayılıb.

İqtisadçı Samir Əliyev “facebook” səhifəsində yazıb ki, Fondun ölkə banklarında xarici valyutada depozit yerləşdirməsi müsbət haldır: “Bu, həmin bankları xarici valyuta ilə təmin etməklə yanaşı valyuta bazarında gərginliyi azalda bilər”.

Samir Əliyev foto sosial şəbəkə

S. Əliyev həmçinin qeyd edib ki, Neft Fondu resurslarının ancaq dövlət bankı olan “Beynəlxalq Bank”da yerləşdirilməsi banklar arasında rəqabət prinsipini pozaraq diskriminasiya yaradır: “Bu bank digər kredit təşkilatları ilə müqayisədə həmişə xüsusi imtiyazlara malk olub. Hətta bu imtiyazların müqabilində bank milyardlarla zərərə düşüb. Dövlət banka həm manat, həm də dollar dəstəyi verir. Halbuki, digər banklara bu qayğıdan bir damla pay düşür. Digər tərəfdən depozit yerləşdirən Dövlət Neft Fondudur. Depoziti cəlb edənsə dövlət bankıdır. Belə vəziyyətdə gələcək nəsillərin puluna sərəncam verənlərlə həmin vəsaiti xərcləyənlər niyə bu işi gizlincə aparır? Niyə yerləşdirilən vəsaitin hansı müddətə və hansı faizlə yerləşdirilməsi barədə ictimaiyyətə açıqlama verilmir? Kim təminat verir ki, həmin vəsaitlərin taleyi əvvəlkilər kimi olmayacaq?”.

S.Əliyev qeyd edib ki, Dövlət Neft Fondu “Beynəlxalq Bank”da yerləşdirdiyi depozit barədə ictimaiyyətə açıqlama verməlidir.

Ana səhifəXəbərlərNeft Fondu ”Beynəlxalq Bank”a 1 mlrd. dollar depozit yerləşdirib